17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvan Dövlət Universitetində təlim kurslarına başlanılıb
Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi arasında elm və təhsil sahəsində əlaqələri genişləndirmək və inkişaf etdirmək məqsədilə “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən hər il universitetdə müxtəlif ixtisaslar üçün təlim kurslarının keçirilməsi artıq ənənə halını alıb.
Builki təlim kurslarının fərqi ondan ibarətdir ki, biologiya, kimya və fizika ixtisasları üzrə keçiləcək dərslərin hər ixtisas üçün üç ay müddəti olmaqla mərhələli şəkildə keçilməsi nəzərdə tutulur. Burada orta məktəb müəllimlərinə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə mühazirələr oxunacaq, laborator məşğələlər keçiriləcək. Təlimlərdə fərqlənən müəllimlərə Naxçıvan Dövlət Universitetinin sertifikatları təqdim olunacaq.
Kursların başlanğıcına həsr olunmuş plenar iclası giriş sözü ilə açan rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada təhsilin inkişafından, universitetin son illərdə qazandığı nailiyyətlərdən bəhs edib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxışında vurğulayıb ki, bu gün muxtar respublikada təhsilə diqqət və qayğı yüksək səviyyədədir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, onların yüksək maddi-texniki baza və ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilməsi bu qayğının bariz nümunəsidir. Nazir təlimdə iştirak edəcək müəllimlərə uğurlar arzulayıb.
Tədbirdə əlaqələrin daha da inkişafına, yeni metod və üsulların tətbiqinə dair təkliflər səsləndirilib.