SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Dövlət Universiteti Milli GRİD seqmentinə qoşulacaq

15-12-2015, 16:36 | Oxunub: 20 989 |

Naxçıvan Dövlət Universiteti Milli GRİD seqmentinə qoşulacaq
Naxçıvan Dövlət Universitetində (NDU) Milli GRİD seqmentinə qoşulma işlərinə start verilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu tərəfindən həyata keçirilən həmin layihə ilə bağlı təqdimat mərasimi olub.

NDU-nun mətbuat şöbəsindən mətbuata bildirilib ki, tədbirdə ali təhsil ocağının İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzi, Elektron Təhsil Şöbəsinin, Media Mərkəzinin əməkdaşları, informasiya kommunikasiya texnologiyaları mühəndisliyi ixtisasının müəllim və tələbələri iştirak ediblər.

Universitetin elmi işlər üzrə prorektoru, fizika üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev tədbiri açaraq çağdaş informasiya əsrində informasiya kommunikasiya texnologiyalarının hərtərəfli mənimsənilməsi, onlardan tədris prosesində, elmi-tədqiqat işləri zamanı səmərəli istifadə edilməsi istiqamətində universitetdə görülən işlərdən danışıb.

Qeyd olunub ki, “Elektron universitet” layihəsinin həyata keçirilməsi, semestr imtahanlarının elektron test üsulu ilə keçirilməsi, Cənubi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin uğurla həyata keçirilməsi, beynəlxalq videokonfrans və onlayn dərslərin təşkili bu istiqamətdə görülən işlərdəndir. Ali məktəbin AMEA Fizika İnstitutunun “Yüksək enerjilər fizikası” laboratoriyası bazasında Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, AMEA Fizika İnstitutunun dəstəyi ilə yaradılan Milli GRİD seqmentinə qoşulması professor və müəllimlərin, aspirant və doktorantların, magistr və bakalavrların səmərəli elmi-tədqiqat işi aparmalarına, həm də müxtəlif beynəlxalq layihələrdə iştirak etmələrinə şərait yaradacaq. Dünyada mövcud olan digər GRİD şəbəkələrinə qoşulmağa imkan verən Milli GRİD seqmenti NDU-nun inteqrasiya imkanlarını genişləndirməklə yanaşı, elmi nəticələrin saxlanması, qorunması və onlardan səmərəli istifadə olunmasında, elmi nəzəri və təcrübə mübadiləsində əhəmiyyətli rol oynayacaq.

AMEA Fizika İnstitutunun “Yüksək enerjilər fizikası” laboratoriyasının əməkdaşı Rövşən Həşimov AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Ovsat Abdinovun təşəbbüsü və rəhbərliyi ilə yaradılan Milli GRİD seqmenti haqında ətraflı məlumat verib. Bildirib ki, Milli GRİD seqmentinin qarşısında duran əsas vəzifə Azərbaycanda informasiya hesablama GRİD mühitinin yaradılması, elm, sənaye, iqtisadiyyat və digər sahələrdə tətbiqinə nail olmaqdır. GRİD standart, açıq, universal protokol və interfeysdən istifadə edib yüksək keyfiyyətli xidmət göstərir. GRİD texnologiyaların infrastrukturun və standartların qovuşmasıdır.

Vurğulanıb ki, hazırda informasiya texnologiyaları aləmində informasiya və hesablama resurslarının qlobal inteqrasiyasını təmin edə bilən bu yeni kompyuter infrastrukturu geniş vüsət alıb. GRİD-in məqsədi ərazi cəhətdən paylanmış yüksək texnoloji informasiya və hesablama resurslarına – ayrı-ayrı kompyuterlərə, klasterlərə və superkompyuter mərkəzlərinə, informasiya anbarlarına, şəbəkələrə, elmi instrumentarilərə etibarlı, uyğun, ucuz və təhlükəsizlik girişi təmin edə bilən standartlaşdırılmış xidmətlər dəstinin yaradılmasıdır. GRİD istənilən elmi araşdırmalarda effektivdir. Adi informasiya texnologiyalarından istifadə böyük zaman və resurs tələb etdiyi hallarda GRİD əvəzedilməzdir.

Sonda Rövşən Həşimov müəllim və tələbələrin suallarını cavablandırıb.

Qeyd edək ki, yaxın zamanlarda universitetin fizika-riyaziyyat fakültəsinin nəzdində yaradılmış xüsusi otaqda müasir kompyuter dəsti quraşdırılacaq və Milli GRİD seqmentinə qoşulma işləri tamamlanacaq.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR