17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"ELEKTRON ÖDƏNİŞ SAHƏSİNDƏ İNKİŞAF İSTİQAMƏTLƏRİ"
“2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası ilə əlaqədar Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi muxtar respublikada müasir elektron xidmətlərin təklif olunması ilə bərabər, maarifləndirilmə və institusional mühitin yaradılması məsələlərinə də ciddi diqqət yetirir.
"EMTV.az" xəbər verir ki, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı ilə “Elektron ödəniş sahəsində inkişaf istiqamətləri” adlı seminarda çıxış edən idarənin sədr müavini Elvin Axundov bu barədə danışıb.
Bildirilib ki, elektron ödəniş xidmətlərinin tətbiqinin kütləviləşdirilməsi bir sıra məsələlərin həllinə şərait yaradır. Bunların arasında ödənişlərin toplanılmasında hesabatlılığın və şəffaflığın yüksək səviyyədə təmin edilməsi, vergidənyayınma hallarının aradan qaldırılması ilə dövlət müəssisə və təşkilatları tərəfindən pul vəsaitlərinin səmərəli istifadə olunması, təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsi xüsusi yer tutur.
Vurğulanıb ki, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə muxtar respublikanın şəhər və rayonlarında əhali arasında maarifləndirici tədbirlərin, orta, orta ixtisas və ali təhsil müəssisələrində nağdsız ödəniş vərdişlərinin inkişaf etdirilməsinə yönələn xüsusi məşğələlərin və seminar-treninqlərin təşkilini davam etdirirlər.
Sonra “2013-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız ödənişlərin həcminin artırılması üzrə Tədbirlər Planı” çərçivəsində görülmüş işlərlə bağlı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin mütəxəssisi Hafiz İsmayılbəylinin, “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da nəzərdə tutulmuş tədbirlərlə bağlı həmin şöbənin aparıcı mütəxəssisi Tural Şirəlizadənin çıxışları olub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Tədbirdə muxtar respublikada fəaliyyət göstərən bankların nümayəndələri ilə yanaşı, Naxçıvan Dövlət Universitetində təhsil alan magistrantlar, “Naxçıvan” Universitetinin bakalavrları və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət Texniki Kollecinin Bank işi ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.