SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda alternativ enerji mənbələrindən istifadəyə diqqət artırılıb

21-09-2017, 16:00 | Oxunub: 10 238 |

Naxçıvanda alternativ enerji mənbələrindən istifadəyə diqqət artırılıb

Əlverişli coğrafi mövqe və iqlim şəraiti muxtar respublikada ekoloji cəhətdən təmiz, tükənməyən alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Emtv.az xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin mətbuat şöbəsindən bildirilib ki, ali təhsil ocağında “Naxçıvan Muxtar Respublikasında alternativ enerji mənbələrindən istifadə və alternativ enerji mənbələrinin gələcəyi” mövzusunda keçirilən elmi-nəzəri seminarda bu barədə danışılıb.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada enerji təhlükəsizliyi məsələlərinin həll olunmasında növbəti mərhələ kimi bərpaolunan alternativ enerji mənbələrindən istifadəyə geniş yer verildiyini qeyd edib.

Ali təhsil ocağının elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev “Alternativ enerji mənbələrinin perspektivləri” adlı məruzəsində bildirib ki, muxtar respublikanın elektrik enerjisinə tələbatının alternativ enerji mənbələri hesabına ödənilməsini təmin etmək və enerji təhlükəsizliyini daha da möhkəmləndirmək istiqamətində görülən işlər uğurlu nəticələr vəd edir. Naxçıvanın enerji ehtiyaclarının tamamilə yerli imkanlar hesabına ödənilməsini nəzərdə tutan layihələrin tətbiqi bu sahədə ixracat imkanlarını daha da artıracaqdır.

Sonda “Con Serlin generatoru” adlı film nümayiş olunub.

Emtv.az
Naxçıvanda alternativ enerji mənbələrindən istifadəyə diqqət artırılıb

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR