17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvan Beynəlxalq Hava Limanında payız-qış mövsümünə hazırlıq müzakirə olunub
2017-2018-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı Naxçıvan Beynəlxalq Hava Limanında iclas keçirilib.
Emtv.az azərtac-a istinadən xəbər verir ki, iclasda hava limanının direktoru Mənşur Gülməmmədli çıxış edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində avqustun 26 -da 2017-2018-ci il payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədər keçirilən müşavirədə Naxçıvan Beynəlxalq Hava Limanına bütün maşın-mexanizmlərin, elektrik və işıqlandırma sisteminin, rabitə qurğularının texniki baxışının vaxtında yekunlaşdırılması, tələbata uyğun yanacaq və mal-material ehtiyatının yaradılması tapşırılıb.
Direktor bildirib ki, muxtar respublikada havaların qarlı-şaxtalı keçməsi ilə əlaqədər olaraq hava limanının qazanxana kompleksində hazırlıq işləri, kanalizasiya su xətlərinin yoxlanması, aerovağzal kompleksi, inzibati və yardımçı binalarda istilik sistemlərinin saz vəziyyətə gətirilməsi üzrə tədbirlər həyata keçirilir. Mövsümə hazırlıqla əlaqədər olaraq bütün texniki və mexaniki vasitələr, o cümlədən nəqliyyat vasitələri suni örtüklərin yoxlanmasına artıq start verilib. Hava gəmilərinin buzlaşmaya qarşı emalı prosesinin aparılması üçün xüsusi mayelərin, nəqliyyat vasitələrinin ehtiyat hissələrinin sifarişləri verilib. Bakı şəhərindən müəssisəyə təyyarə yanacağı daşınması davam edir. Oktyabr ayı ərzində isə dizel və benzin yanacağı daşınmasına başlanacaqdır.
İclasda hava limanının direktor müavini Hikmət Əhmədov və limanın xidmət rəislərinin görülən işlər haqqında ətraflı məlumat veriblər.
Emtv.az