17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində payız-qış mövsümünə hazırlıq müzakirə olunub
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.
Emtv.az xəbər verir ki, müşavirədə təhsil naziri Məmməd Qəribov çıxış edərək bildirib ki, 2017-ci ildə aparılan tikinti-quruculuq işləri başa çatdıqdan sonra muxtar respublikamızda daha 7 təhsil müəssisəsi payız-qış mövsümündə istilik sistemlərinə qoşulacaq, nəticədə cari tədris ilində istilik sistemləri ilə işləyən müəssisələrimizin sayı 232 olacaqdır.
Vurğulanıb ki, neft və maye qaz yanacağı ilə işləyən təhsil müəssisələrində tədris prosesinin lazımi səviyyədə təşkili məqsədilə məktəblərdə təhlükəsizlik qaydalarına əməl olunmasına ciddi nəzarət olunacaq. Bununla yanaşı Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəblərində “Qazanxana maşinisti” kurslarının açılması nəzərdə tutulub.
Təhsil naziri payız-qış mövsümü ilə əlaqədar verilmiş mal-materialın bölgüsü, yanacaq və digər avadanlıqlardan səmərəli istifadə barədə tapşırıqlar verib.
Məruzə ətrafında təhsil şöbələrinin müdirləri və məktəb direktorları çıxış ediblər.
Emtv.az