18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Şahbuz rayonunda qışa hazırlığın vəziyyəti müzakirə edilib
Şahbuz Rayon İcra Hakimiyyətində 2017-2018-cı ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar müşavirə keçirilib.
Emtv.az azərtac-a istinadən xəbər verir ki, müşavirəni rayon icra hakimiyyətinin başçısı Rəfael Babayev açıb. Bildirib ki, 2017-2018-cı ilin payız-qış mövsümünə hazırlıq məqsədilə rayon mərkəzində fəaliyyət göstərən 49 idarə, təşkilat və müəssisənin yerləşdiyi inzibati binalardan 43-də müasir istilik sistemi quraşdırılıb. Qeyd olunub ki, qarşıdan gələn payız-qış mövsümündə 22 məktəbin binasının müasir isitlik sistemi ilə qızdırılması təmin ediləcək. 1 məktəbin isə neft yanacağı ilə qızdırılması nəzərdə tutulub.
Rəfael Babayev qeyd edib ki, payız-qış mövsümünə hazırlıq məqsədi ilə Külüs, Kükü, Yuxarı Qışlaq, Güney Qışlaq, Şada, Ayrınc kənd yollarında, eləcə də Şahbuz-Batabat magistralında cari təmir işləri aparılıb.Rayon mərkəzində avtovağzalın xətti ilə rayonun bütün yaşayış məntəqələrindən 26 marşrut vasitəsilə Naxçıvan şəhərinə və rayon mərkəzinə nəqliyyatın hərəkəti tənzimlənib. Rayon əhalisinin təbii qaz və elektrik enerjisi ilə təminatı fasiləsiz təmin edilib, 12 yeni tikilən evə qaz xətti, 14 -nə isə elektrik xətti çəkilib.
İcra başçısı 2017-2018-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar görüləsi işlər haqqında aidiyyatı təşkilatlara konkret tapşırıqlar verib.
Məruzə ətrafında rayon elektrik şəbəkəsinin direktoru Elman İsmayılov, qaz istismarı idarəsinin rəisi Xəqani Məmmədov, təhsil şöbəsinin müdiri Araz Məmmədov çıxış ediblər.
Emtv.az