17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Şahbuz rayonunda sığorta fəaliyyətinin təşkili müzakirə edilib
Şahbuz rayonu üzrə cari ilin ilk 6 ayında, ümumilikdə, 1111 sığorta müqaviləsi bağlanılıb. Onlardan 350-si avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 467-si isə daşınmaz əmlakın icbari sığortası üzrə bağlanılıb.
Emtv.a yerli mətbuata istinadən xəbər verir ki, bu faktlar Şahbuz Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələr barədə keçirilən tədbirdə səsləndirilib.
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev tədbirdə çıxış edərək sığorta fəaliyyətinin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov isə sığorta fəaliyyətinin muxtar respublikanın sosial-iqtisadi inkişafındakı rolundan bəhs edib. Baş direktor vurğulayıb ki, muxtar respublikada sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun genişləndirilməsi işində 2011-ci il noyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyəti var.
Bildirilib ki, sığorta münasibətlərinin tənzimlənməsi və müasir tələblərə uyğun təkmilləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir. Sığorta müxtəlif gözlənilməz hadisələr nəticəsində dəymiş maddi zərərlərin əvəzinin ödənilməsinə xidmət edir. Vətəndaşlar vaxtında öz daşınmaz əmlakını, avtonəqliyyat vasitələrini, mülki məsuliyyətini icbari qaydada sığortalamaqla baş verən gözlənilməz hadisələrdən dəymiş maddi zərərlərin ödənilməsinə təminat alırlar. Ötən müddətdə Şahbuz rayonunda da bu istiqamətdə müəyyən işlər görülüb.
Tədbirdə könüllü sığortaların, o cümlədən kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunulub. Bildirilib ki, Şahbuz rayonunda bu sahədə fermer və torpaq mülkiyyətçiləri, kənd təsərrüfatı texnikaları sahibləri ilə aparılan maarifləndirmə işləri genişləndirilməlidir. Bütün bu sığorta növlərinin inkişafı, son nəticədə, vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Sonra Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi Razim Vəliyev, Şahbuz Rayon Polis Şöbəsinin Təşkilat-inspeksiya, uçot-qeydiyyat və statistika işləri üzrə qrupun baş inspektoru, polis baş leytenantı Əhməd Məmmədov, Şahbuz Rayon Dövlət Sığorta Agentliyinin direktoru Nuran Xəlilov çıxış edərək görülən işlərdən söhbət açıblar. Şahbuz şəhər, Badamlı qəsəbə, Kolanı, Ayrınc kənd icra nümayəndələri icbari sığorta müqavilələrinin bağlanılması vəziyyəti barədə məlumat veriblər.
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev görülmüş işlərdən danışaraq, aidiyyəti orqanlara sığorta işinin genişləndirilməsi üçün müvafiq tapşırıqlar verib.
Emtv.az