SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

DYP-dən icbari sığorta ilə bağlı - Sürücülərə MÜRACİƏT

9-06-2017, 12:17 | Oxunub: 9 661 |

DYP-dən icbari sığorta ilə bağlı - Sürücülərə MÜRACİƏT

Dövlət Yol Polisi (DYP) avtomobili icbari sığorta olunmayan sürücülərə müraciət edib.

Emtv.az xəbər verir ki, bu barədə metbuat.az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, sürücülərin inzibati qaydada məsuliyyətə cəlb edilib-edilməməsindən asılı olmayaraq,qanunun tələbi icra edilməlidir:

“Yol hərəkətində istismar edilən nəqliyyat vasitəsinin icbari sığortası olmaldır. Əks halda, yol polisi tərəfindən saxılanılan sürücü avtomatik olaraq cərimələnəcək. Nəqliyyat vasitəsinin icbari sığorta edilməsini hər bir avtomobil sahibi bilməlidir. İcbari sığortaya görə cərimələrin müəyyənləşdirilməsi baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı problemləri həll edir. Sürücü-polis münasibətləri, eləcə də baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı sürücülər arasında olan narazılığı aradan qaldırır.
Ən azı unutmaq olmaz ki, icbari sığortanın edilməsi, qeydə alınan yol-nəqliyyat hadisələrində qarşı tərəfə dəymiş maddi zərərin ödənilməsinə şərait yaradır. Bu da konkret olaraq, narazılığa son qoymaq deməkdir. Ona görə, vətəndaşlar ötən gün tədbiq edilən cəza sanksiyalarını nəzərə alıb, qanunun tələblərini yerinə yetirsinlər”.


Diqqətinizə çatdıraq ki, iyun ayın 7-dən etibarən avtomobilinin icbarı sığortası olmayan sürücülər 50 AZN cərimələnir.

Qanunvericiliyə əsasən, icbari sığortaya görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Lakin 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmazsa, hər verilən müddət keçdikcə (növbəti 20 gün) avtonəqliyyat vasitəsinin sahibinə təkrar elektron protokollar tərtib ediləcək. Cərimənin məbləği 50 AZN-dir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR