SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

NAXÇIVANDA SİĞORTA FƏALİYYƏTİ GENİŞLƏNDİRİLİB

6-01-2016, 16:34 | Oxunub: 12 582 |

NAXÇIVANDA SİĞORTA FƏALİYYƏTİ GENİŞLƏNDİRİLİB
Muxtar respublikamızda sığorta fəaliyyətinin genişləndirilməsi və vətəndaşların sığorta xidmətləri ilə tam təmin olunması istiqamətində görülən işlər davam etdirilməkdədir.
"EMTV.az"-ın Naxçıvandakı mətbuat mərkəzindən aldığı məlumata görə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyindən bildirilib ki, artıq başa vurduğumuz 2015-ci ildə agentlik üzrə hüquqi və fiziki şəxslərlə aparılan məqsədyönlü tədbirlər nəticəsində 2014-cü illə müqayisədə, ümumilikdə, sığorta tədiyələrinin toplanması həcmi 2,3 faiz, qeyri-həyat (ümumi) sığortası üzrə sığorta tədiyələrinin toplanması həcmi 2,6 faiz artmışdır. 2014-cü ilin yekunları ilə müqayisədə muxtar respublikada ötən ildə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sıgortası üzrə bağlanılmış sığorta müqavilələrinin sayı 1557 ədəd, daşınmaz əmlakın icbari sığortası üzrə bağlanılmış sığorta müqavilələrinin sayı 115 ədəd çox olmuşdur.

Qeyd edək ki, 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfındən muxtar respublikanın rayon (şəhər) icra hakimiyyətləri ilə birlikdə “Sığorta fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələrə dair” müşavirələr keçirilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üçün sığorta olunmayan sürücülərin icbari sığortaya cəlb edilməsi məqsədilə Dövlət Baş Sığorta Agentliyi və Dövlət Yol Polisi əməkdaşları birlikdə müntəzəm reydlər aparmışlar. Bundan başqa, əhalinin sığorta sahəsində maarifləndirilməsi məqsədilə sığorta müqavilələri bağlanarkən sığortanın əhəmiyyəti, şərtləri barədə ətraflı məlumatlar verilməsi diqqətdə saxlanılmış, yığıncaqlar keçirilmiş, vətəndaşlara və sahibkarlıq müəssisələrinə sığortanın ayrı-ayrı növləri ilə əlaqədar bildiriş vərəqələri verilmiş və məlumatlandırma işi aparılmışdır.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR