SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"SƏHİYYƏMİZDƏ İCBARİ TİBBİ SIĞORTA VƏ YAXUD HƏKİMLƏRİMİZ KORRUPSİYADAN NƏ VAXT ƏL ÇƏKƏCƏKLƏR"- Faiq ƏHMƏDOV “Müstəqil Lider” jurnalının baş redaktoru

28-04-2016, 21:31 | Oxunub: 10 548 |

"SƏHİYYƏMİZDƏ İCBARİ TİBBİ SIĞORTA VƏ YAXUD HƏKİMLƏRİMİZ KORRUPSİYADAN NƏ VAXT ƏL ÇƏKƏCƏKLƏR"- Faiq ƏHMƏDOV “Müstəqil Lider” jurnalının baş redaktoru
Azərbaycanın dövlət xəstəxanalarında çalışan bəzi ləyaqətli həkimlərimizin adına, nüfuzuna ləkə gətirməyə çalışan özəl klinikaların sahibləri unutmamalıdır ki, müalicə ocaqları restoran deyil: özəl klinikalarda çalışan həkimlər tərəfindən imkansız xəstələrə “qane etmirsə, gedə bilərsən” deyilə. Cənab nazir Oktay Şirəliyev bu da bizim respublikamızın ən əsaslı və ağrılı problemlərindən biridir ki, bunu da çox qısa müddətə həll etmək lazımdır...
Demək olar ki, Azərbaycanda səhiyyə getdikcə inkişaf etməkdə və özəl sahədə özünün geniş addımlarını atmaqdadır. Respublika əhalisinin sağlamlığında özəl səhiyyə sahəsi böyük rol oynayır. Əgər həkimlərimiz korrupsiyadan daha çox vətəndaşlarımızın sağlamlığına üstünlük versəydilər, onda Azərbaycanda səhiyyə ilə bağlı problemlərə daha az rast gəlinərdi.
Hal-hazırda Azərbaycanda başqa sahələrdən fərqli olaraq tibbdə, təhsildə, tikintidə və banklarda rüşvətxorluq hallarına daha çox rast gəlinir. Əgər bu gün ölkəmizdə özəl səhiyyə sahəsindən daha çox icbari tibbi sığortaya üstünlük verilsə, bunun bəhrəsini 3-4 il ərzində görə bilərik. Səhiyyədə icbari tibbi sığortanın tətbiq olunması və inkişaf etməsi xəstələrin daha yaxşı şərtlərdə müalicə olunmalarına imkan yaradar.
İcbari tibbi siğortanın tətbiqi bir çox - Vərəm, QİÇS, Xərçəng və Diabet kimi xəstəliklərin müalicəsini daha da effektiv edə bilər. Belə ki, vərəm xəstəliyi olan bağban öz xəstəliyini bağda oynayan uşaqlara yoluxdura bilirsə və yaxud da xərçəng xəstəliyindən əziyyət çəkən xəstələr güclü dözülməz ağrılar hiss edərkən ağrıkəsici preparatlara böyük ehtiyacı olursa, bəs nə ücün həmin xəstələr lazmi preparatlarla təmannasız təmin edilmirlər. İcbari tibbi sığortanın tətbiqi də məhz bu kimi problemlərin müsbət həllinə öz təsirini göstərcəkdir.
Şəkərli diabeti olan xəstənin insulin almağa imkanı yoxdursa, deməli bu xəstə ölümə məhkumdur. Bu və ya bunun kimi digər problemləri dövlət səhiyyə sahəsinin başında duran müftə-xor məmurlar həll etməlidir. Bu gün ölkəmizdə özəl səhiyyə sahəsinin dövlət səhiyyə sahəsindən fərqi ondan ibarətdir ki, özəl səhiyyə sahəsi maddi cəhətdən varlı adamlar üçündür. Bütün problemlər özəl həkimin öz üzərinə düşür. Məsələn, yer haqqı, həkimlərin maaşı, vergilər, preparatların alınması və s. "SƏHİYYƏMİZDƏ İCBARİ TİBBİ SIĞORTA VƏ YAXUD HƏKİMLƏRİMİZ KORRUPSİYADAN NƏ VAXT ƏL ÇƏKƏCƏKLƏR"- Faiq ƏHMƏDOV “Müstəqil Lider” jurnalının baş redaktoru
Azərbaycan əhalisinin ancaq təqribən 15-20 %-i özəl səhiyyə sahəsində müalicə almağa imkanı çatır ki, bunuda əhalinin imkansız təbəqəsinə şamil etmək olmaz.
Bəs əhalinin imkansız təbəqəsi hara müraciət etməlidir?!
Dövlət səhiyyə sahələri əhalinin öz puluna alınmış avadanlıqla təmin olunmuşdur. Bu gün əhalinin həmin xəstəxanalarda yenə də öz pulları hesabına müalicə olunmaları haqsızlıqdır. Belə ki, özəl və dövlət səhiyyə sahələri arasında böyük sərhəd olmalıdır. Hamıya aydındır ki, dünyanın bir çox ölkələrində ancaq kasıb əhali təbəqəsinə xidmət edən müalicə ocaqları təmənnasız fəaliyyət göstərir. Lakin Azərbaycan səhiyyəsi bu sahədə də geridədir. Bu gün demək olarki, özəl səhiyyə sahəsində çalışan həkimlər problemlərini özləri həll edirlər. Onların ödədikləri lisenziya, vergi və digər vəsaitlərin hesabina isə dövlət səhiyyə sistemində çalışan həkimlərin məvaciblərini qismən də olsa artırmaq olar.
Azərbaycanın dövlət xəstəxanalarında az da olsa çalışan ləyaqətli bəzi həkimlərimizin adına, nüfuzuna ləkə gətirməyə çalışan özəl klinikaların sahibləri unutmamalıdır ki, müalicə ocaqları restoran deyil: özəl klinikalarda çalışan həkimlər tərəfindən imkansız xəstələrə “qane etmirsə, gedə bilərsən” deyilə. Cənab nazir Oktay Şirəliyev bu da bizim respublikamızın ən əsaslı və ağrılı problemlərindən biridir ki, bunu da çox qısa müddətə həll etmək lazımdır...

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR