17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyində payız-qış mövsümünə hazırlıq müzakirə olunub
2017-2018-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyində müşavirə keçirilib.
Emtv.az azərtac-a istinadən xəbər veir ki, keçirilən iclasda nazir Mirsənani Seyidov çıxış edib.
Qeyd olunub ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə tapşırılıb ki, Nəqliyyat Nazirliyi qış aylarında xəttə buraxılacaq nəqliyyat vasitələrinin qrafik üzrə hərəkətinə, Daxili İşlər Nazirliyi ilə birlikdə həmin nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə olmasına nəzarəti gücləndirməlidir.
Bildirilib ki, ilkin olaraq ucqar dağ və sərhəd kəndlərinə işləyən marşurut avtobusların texniki müayinədən keçirilməsi işinə start verilib. Bu məqsədlə nazirliyin “Payız-qış mövsümünə hazırlıq komissiyası” Şərur, Ordubad, Şahbuz rayonlarının ucqar dağ kəndlərinə işləyən nəqiyyat vasitələrində mövcud olan çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görüb.
Mirsənani Seyidov deyib ki, fasiləsiz sərnişindaşıma xidməti göstərmək üçün Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində mexanik və çilingərlərdən ibarət təmir briqadası yaradılıb, bu dövrdə qarşıya çıxacaq hər hansı nasazlığı vaxtında aradan qaldırmaq üçün idarənin təmir sexləri hazır vəziyyətə gətirilib.
Sonra məruzə ətrafında çıxışlar olub. Müşavirədə verilən tapşırıqların icrası məqsədi ilə müzakirələr aparılıb, konkret tapşırıqlar verilib.
Emtv.az