Culfada bu il 4 min 150-dək sığorta müqaviləsi bağlanıb
24-08-2017, 12:08 | Oxunub: 9 507 |
Muxtar respublikanın Culfa rayonu üzrə cari ilin ilk 7 ayında, ümumilikdə, 4 min 149 ədəd sığorta müqaviləsi bağlanılıb. Onlardan 861-i avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 2 min 241-i isə daşınmaz əmlakın icbari sığortası üzrədir.Emtv.az azərtac-a istinadən xəbər verir ki, bu faktlar Culfa Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfindən rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələr barədə keçirilən tədbirdə səsləndirilib.Rayon icra hakimiyyətinin başçısı Şükür Babayev son dövrdə Culfa rayonunda sığorta fəaliyyəti sahəsində görülmüş işlər haqqında danışıb.Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov muxtar respublikada sosial-iqtisadi inkişafın dinamikasına uyğun olaraq sığorta işinin də geniş miqyas aldığını bildirib. Qeyd olunub ki, sığorta baş verən gözlənilməz hadisələrin vura biləcəyi zərərlərə qarşı hazırlıqlı olmağa şərait yaradır. Hazırda sığortanın bir çox növlərinin tətbiq olunması günün tələblərindəndir.
Bildirilib ki, vətəndaşlar sığorta olunmaqla sığorta hadisələri baş verdiyi zaman sağlamlığa, daşınmaz əmlaka, avtomobillərə, kənd təsərrüfatı məhsullarına dəymiş maddi zərərlərə qarşı təminat alırlar.Nəzərə çatdırılıb ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən icbari qaydada sığorta olunmalı bütün obyektlərin sığortası təmin edilməlidir. Bu məqsədlə Culfa rayonunda vətəndaşlar arasında sığorta maarifləndirilməsi işlərinə diqqət daha da artırılmalıdır.Emtv.az
OXŞAR XƏBƏRLƏR