SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Cari ildə Kəngərlidə 3000-dən çox sığorta müqaviləsi bağlanılıb

17-08-2017, 14:19 | Oxunub: 7 935 |

Cari ildə Kəngərlidə 3000-dən çox sığorta müqaviləsi bağlanılıb
Kəngərli rayon İcra Hakimiyyətində rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələr barədə tədbir keçirilib.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov açaraq sığorta fəaliyyətinin böyük əhəmiyyət daşıdığını deyib.

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək bildirib ki, bu il Kəngərli rayonunda müxtəlif sığorta növləri üzrə bağlanılan müqavilələrin sayında artım olub. Belə ki, rayona üzrə cari ilin ilk 7 ayında, ümumilikdə 3001 ədəd sığorta müqaviləsi bağlanılıb.

Nəzərə çatdırılıb ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən icbari qaydada sığorta olunmalı bütün obyektlərin sığortası təmin olunmalıdır. Bu məqsədlə Kəngərli rayonunda vətəndaşlar arasında maarifləndirilmə işləri aparılır. Könüllü sığorta növlərinin, o cümlədən, kənd təsərrüfatının, ev əmlakının sığortası, fərdi qəza sığortasının əhəmiyyətinə toxunan baş direktor bildirib ki, bunlar da son nəticədə vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir. Ona görə də könüllü sığortalar sahəsində aparılan maarifləndirmə və təşkilatı işlər genişləndirilməlidir.

Tədbirdə Kəngərli Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin rəisi Anar Həsənov, Kəngərli rayon Polis Şöbəsinin Dövlət Yol polisi Qrupunun Baş Dövlət avtomobil müfəttişi, polis mayoru Seyidrza Seyidov sığorta sayəsində görülən işlər, qarşıdan duran vəzifələrdən danışıblar.

Tədbirə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov yekun vuraraq sığorta sahəsində görüləcək işlərlə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR