SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda acarıstanlı uşaqların müalicəsi üçün yüksək şərait yaradılıb

3-08-2017, 12:36 | Oxunub: 9 832 |

Naxçıvanda acarıstanlı uşaqların müalicəsi üçün yüksək şərait yaradılıb
Xəbər verdiyimiz kimi, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında səhiyyə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq acarıstanlı aztəminatlı ailələrdən olan, tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən 19 uşaq və onları müşayiət edən 9 valideyn Duzdağ Fizioterapiya Mərkəzində müalicə kursu keçmək üçün Naxçıvana gəliblər.

Acarıstanlı uşaqlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Buna görə də regionda tarixin bütün dövrlərinə aid zəngin mədəniyyət və memarlıq nümunələri mövcuddur. Bu abidələr arasında isə Naxçıvanqalanın mühüm əhəmiyyəti var. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində acarıstanlı qonaqlara burada nümayiş etdirilən eramızdan əvvəl V-III minilliklərə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, qiymətli eksponatlar haqqında məlumat verilib.


Acarıstanlı uşaqlar daha sonra Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində olub, mərkəzin texniki yaradıcılıq və bədii şöbələrinin “Bacarıqlı əllər”, “Bədii tikmə”, “Toxuma” və “Dekorativ-tətbiqi sənət” dərnəkləri üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.

Naxçıvanla tanışlıq acarıstanlı qonaqlarda zəngin və maraqlı təəssürat yaradıb. Emtv.az xəbər verir ki, Acarıstan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı, həkim Marika Xalvaşi azərtac-a müsahibəsində təəssüratlarını belə bölüşüb: “Mən öz adımdan və bura gələn uşaqların valideynləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova öz dərin minnətdarlığımı bildirirəm. Bilirik ki, muxtar respublika rəhbərinin qayğısı və diqqəti nəticəsində hər il acarıstanlı aztəminatlı ailələrin uşaqları Naxçıvana gələrək burada müalicə olunurlar. Bizi qonaqpərvərliklə qarşılayıb, uşaqların müalicəsi ilə mütəmadi maraqlanırlar. Uşaqlarımız bir neçə gündür buradadırlar və müalicənin effektini görməkdəyik. Müalicə üçün gözəl şərait yaradılıb. Eyni zamanda, burada olduğumuz günlərdə uşaqların şəhərlə tanışlığı da nəzərə alınıb. Təşkilatçılıq çox yüksək səviyyədədir. Artıq bir neçə muzeydə olub, şəhərin tarixi məkanları haqqında məlumat almışıq. Şəhərinizin qədimliyi və gözəlliyi çox xoşumuza gəldi”.

Acarıstanlı valideyn Dali Kekieşvili söhbətə qoşularaq dedi: “Naxçıvana ilk dəfədir ki, gəlirəm. Çox maraqlı yerdir. Şəhərinizin qədimliyi, müasirliyi, təmizliyi insanı valeh edir. Mən oğlumun müalicəsi üçün bura gəlmişəm. Bu işin təşkilatçılarına öz minnətdarlığımı bildirirəm”.

Acarıstan Muxtar Respublikasından müalicə üçün Naxçıvana gəlmiş uşaqlar da onlar üçün yaradılmış şəraitdən, göstərilən qayğıdan razıdırlar. Beka Bolkvadze 8-ci sinif şagirdidir. O dedi: “Naxçıvana ilk dəfədir gəlirəm. Duzdağ Fizioterapiya Mərkəzi çox mükəmməl yerdir. Xəstələrin müalicəsi üçün burada gözəl şərait yaradılıb. Bura gədiyim ilk gündən özümü yaxşı hiss etməyə başlamışam. İnanıram ki, burada tam müalicə olunacağam”.

İrakli Turmanidze isə 10-cu sinif şagirdidir. O da təəssüratlarını bizimlə bölüşdü: “Naxçıvan haqqında eşitmişdim. Burada müalicə almaq üçün qrupa yazıldığımı öyrənəndə çox sevindim. Duzdağ Fizioterapiya Mərkəzində yuxarı tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün hər cür şərait var. Mən də bu xəstəlikdən əziyyət çəkdiyim üçün müalicədən sonra tam sağalacağıma inanıram. Arzu edirəm ki, sağlamlığa ehtiyacı olan digər uşaqlar da bu imkandan yararlana bilsinlər”.

Beşinci sinif şagirdi Nini Davitadze də Naxçıvana gəldiyi üçün çox sevinir: “Başqa ölkələrdə olmaq mənim üçün çox maraqlıdır. Naxçıvanda bizə lazımi qayğı göstərir, müalicəmizlə daim maraqlanırlar. Yeni dərs ilində Naxçıvanla bağlı xoş təəssüratlarımı sinif yoldaşlarımla bölüşəcəm”.

Qeyd edək ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasındakı ikitərəfli əlaqələr 2012-ci ildən başlayaraq həyata keçirilən qarşılıqlı rəsmi səfərlər nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Həmin ildən etibarən müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlıq əlaqələri genişlənib. Hər il Acarıstan Muxtar Respublikasının aztəminatlı ailələrindən olan və tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən uşaqların Duzdağ Fizioterapiya Mərkəzində pulsuz müalicəsinin təşkili də bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR