SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İtaliyanın “Daily cases” saytında Naxçıvanın Duzdağı haqqında məqalə yerləşdirilib

6-06-2017, 12:40 | Oxunub: 11 022 |

İtaliyanın “Daily cases” saytında Naxçıvanın Duzdağı haqqında məqalə yerləşdirilib
İtaliyanın nüfuzlu “Daily cases” xəbər saytında naxçıvanlı jurnalist Sara Əzim­ovanın “Dünyada bənzəri olmayan şəfa ocağı” sərlövhəli məqaləsi yerləşdirilib.
Məqalədə müəllif əvvəlcə “Planetin cinayətsiz regionu”, “Nuh Peyğəmbərin yurdu”, “Şərqə açılan qapı”, “Kiçik Avropa” adlarını özündə qürurla daşıyan Naxçıvan Muxtar Respublikası haqqında italiyalı oxuculara məlumat verib. Yazıda Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının ibtidai icma, antik, orta əsrlər və yeni dövr tarixinin maddi-mədəniyyət nümunələri ilə zəngin bir diyar olduğu qeyd edilib.


Müəllif Naxçıvanın təbii ehtiyatlarının 90 milyon tonunu özündə cəmləşdirən duz mədənində yaradılan möcüzəli Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyətindən, mərkəzin son illərdə Naxçıvanda həm yerli, həm də xarici turistlərin ən çox üz tutduğu ünvanlardan biri olmasından söz açıb. Qeyd edib ki, dünyada bir neçə yerdə belə xəstəxana fəaliyyət göstərir. Sual oluna bilər, bəs niyə Naxçıvandakı Duzdağın dünyada bənzəri yoxdur? Cavab isə belədir: Duzdağ Fizioterapiya Mərkəzi dünyada mövcud olan həmin müalicə ocaqlarından bir çox üstünlükləri ilə seçilir. Məsələn, ən yaxşı müalicə ocağı kimi tanınan Ukraynadakı xəstəxana 206 metr yerin dərinliyində yerləşdiyindən xəstələr buraya liftlə enməli olurlar. Bu isə təzyiqin birdən-birə dəyişməsinə və xəstələrin səhhətinin pisləşməsinə gətirib çıxarır. Həkimlərin fikrincə, bu şaxtada rütubətin normadan artıq olması və partlayıcı gücə malik metan qazı kimi zəhərləyici qazların normadan çoxluğu burada öz təsirini göstərir. Naxçıvandakı şaxtalar isə dağın altındakı tuneldə yerləşdiyindən bu kimi hallara rast gəlmək mümkün deyil. Burada temperatur sabitdir, nisbi rütubət aşağıdır, havada zərərli qazlar yoxdur. Xəstəxana horizontal şəkildə olduğundan buraya gələn xəstələr, təxminən, 300 metr məsafəlik yolu özləri piyada qət edirlər. Bu isə yeraltı şöbədəki havaya tədricən öyrəşmək imkanı yaradır.
Jurnalistin İtaliyanın saytında yazını verməkdə məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan və bu xəstəlikdən əziyyət çəkən insanları məlumatlandırmaqdır.


Yazıya belə yekun vurulur: “Məlumdur ki, sağlamlığın bərpa olunması üçün təbii üsullarla müalicə ən yaxşı vasitədir. Ən sərfəli qiymətlərlə Naxçıvanın Duzdağında sağlamlığınıza qovuşa bilərsiniz. Siz həm də Naxçıvan torpağında dünyada bənzəri olmayan bir çox tarixi abidələrlə də tanış olmaq imkanı əldə edəcəksiniz. Bu məmləkətdə turistlər üçün vacib olan inkişaf və sabitlik var”.

Qeyd edək ki, saytda Duzdağ Fizioterapiya Mərkəzi və “Duzdağ” oteli ilə bağlı fotolar da yerləşdirilib.

İtaliyanın “Daily cases” saytında Naxçıvanın Duzdağı haqqında məqalə yerləşdirilib


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR