SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə növbəti görüş keçirilib

31-03-2017, 12:30 | Oxunub: 10 100 |

Naxçıvanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə növbəti görüş keçirilib
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə maarifləndirici görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil olunan görüşü giriş sözü ilə xidmətin əməkdaşı Rüfanə Qarayeva açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.

Tədbirdə Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova Naxçıvan Muxtar Respublikasının memarlıq abidələri barədə tədbir iştirakçılarına məlumat verib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası zəngin tarixə malikdir. Burada əldə olunan maddi-mədəniyyət nümunələri Naxçıvanın ilkin sivilizasiyalı yaşayış məskənlərindən biri olduğunu sübut edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”. Tədqiqatlar göstərir ki, hələ eramızdan əvvəl Naxçıvan ərazisində ulu əcdadlarımız yaşamış və yaratmışlar. Onların özlərindən sonra qoyub getdikləri tarix və mədəniyyət abidələri bu qədim yurdun Azərbaycançılıq möhürüdür. Naxçıvan torpağı antik, orta əsrlər və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə, ilk insanların yaşadıqları mağaralar, qədim yaşayış yerləri, erkən şəhər mədəniyyəti, möhtəşəm qala divarları, qayaüstü rəsmləri, daş qoç heykəlləri, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələrlə, digər tarixi abidələrlə zəngindir. Bu abidələr əcdadlarımızın təsərrüfat, ictimai və mənəvi həyatını, adət-ənənələrini və incəsənətini öyrənmək üçün qiymətli mənbədir.

Qeyd edilib ki, muxtar respublika ərazisindəki Qazma, Əshabi-Kəhf və Kilit mağaralarında, Batabat yaylağında, Naxçıvançay və Əlincəçay vadilərində, Haçadağın cənub ətəyində aşkar olunan tarixi abidələr Daş dövrü mədəniyyətinin qalıqlarını yaşatmaqdadır. Naxçıvanın Daş dövrü abidələri içərisində ən məşhuru Əshabi-Kəhfdir. Eradan əvvəl III minilliyə aid edilən abidə bu gün yüzlərlə insanın ziyarət etdiyi müqəddəs məkana çevrilib. Qədim tariximizin yadigarı olan, xalqımızın bir sıra inamlarını özündə yaşadan abidə barədə “Qurani-Kərim”də ayrıca surənin olması onun tarixinin qədimliyini və müqəddəs məkan olduğunu bir daha təsdiqləyir.

Diqqətə çatdırılıb ki, Naxçıvanın ən qədim abidələrindən biri də Gəmiqaya qayaüstü rəsmləridir. Eradan əvvəl IV-I minilliyə aid olan bu abidə Azərbaycan xalqının qədim tarixini və mədəniyyətini özündə yaşadır. Qayaüstü rəsmlərlə və simvolik işarələrlə zəngin olan Gəmiqaya abidəsi əcdadlarımızın bədii təfəkkürünü, adət-ənənələrini, estetik-fəlsəfi baxışlarını və dini-ideolo­ji təsəvvürlərini əks etdirən qiymətli təsvirlər qalereyasıdır. Naxçıvan qədim və orta memarlıq abidələri ilə də zəngindir. XII əsrdə qüdrətli Azərbaycan Atabəylər dövlətinin paytaxtı olan Naxçıvan əzəmətli bir şəhər, ölkəmizin siyasi, iqtisadi, mədəniyyət və sənətkarlıq mərkəzlərindən idi. Burada memarlıq sənəti yüksək səviyyəyə çatmış, Azərbaycan memarlığının özünəməxsus orijinal sənət üslubu yaranıb. Həmin üslub sonralar geniş yayılaraq “Naxçıvan memarlıq məktəbi” adı ilə tarixə düşüb. Bu məktəb bəşəriyyətə Əcəmi Əbubəkr oğlu Naxçıvani, Əmirəddin Məsud Naxçıvani, Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani kimi dahi memarlar, sənətkarlar bəxş edib.

Sonra tədbir iştirakçılarının Naxçıvan şəhərindəki “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə ekskursiyası təşkil edilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR