SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Muxtar respublikada aparılan inşaat işlərində yerli materiallardan istifadə edilir

4-08-2017, 14:55 | Oxunub: 9 915 |

Muxtar respublikada aparılan inşaat işlərində yerli materiallardan istifadə edilir
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində kollegiya iclası keçirilib. Emtv.az azərtac-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2017-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasını Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov açıb.

Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov müzakirə olunan məsələ barədə məruzə edib.

O, 2017-ci ilin birinci yarısında muxtar respublikada aparılan quruculuq işlərini ətraflı təhlil edib.

Hicran Rüstəmov deyib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında qeyd olunub ki, əsas kapitala investisiya qoyuluşlarının həcminin ildən-ilə çoxalması kəndlə şəhər arasındakı fərqin aradan qalxmasına səbəb olub, insanların məskunlaşmasını, rahatlığını təmin edib, qəsəbə və kəndlərin inkişafı sürətləndirilib. Cari ildə də bu istiqamətdə işlər davam etdirilir.

Kollegiya iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin rəisi Novruz Qalayev, Babək Rayon İdarəsinin rəisi Rəvayət İmanov və Ordubad Rayon İdarəsinin rəisi Əkrəm Salmanov çıxış edərək rəhbərlik etdikləri tikinti təşkilatlarında cari ilin birinci yarısı ərzində görülən işlər barədə məlumat veriblər.

Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov da çıxış edib. Qeyd olunub ki, 2017-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xətti ilə 43 milyon 117 min manat inşaat işləri yerinə yetirilib. Bunun da 41 milyon 589 min manatını və ya 96,5 faizini tikinti-quraşdırma işləri təşkil edib. Cari ilin 6 ayında Naxçıvan şəhərindəki 3 və 13 nömrəli, Şərur şəhərində 2 nömrəli, Şərur rayonunun Çəmənli, Şahbuz rayonunun Kolanı kəndlərində tam orta məktəb binaları istifadəyə verilib. Naxçıvan şəhərinin Qaraxanbəyli, Şərur rayonunun Ərəbyengicə tam orta məktəblərinin və musiqi məktəbinin, Culfa rayonunun Dizə, Ordubad rayonunun Üstüpü kəndlərində orta məktəb binalarının tikintisi, Şərur rayonunun Ələkli, Qarahəsənli, Babək rayonunun Payız kəndlərində tam orta məktəb binalarının yenidən qurulması davam etdirilir.

Asəf Məmmədov vurğulayıb ki, hesabat dövründə ümumtəhsil məktəbləri ilə yanaşı ali təhsil ocaqlarının və uşaq bağçalarının tikintisi də diqqətdə saxlanılıb. Beləki Kəngərli rayonunun Qıvraq qəsəbəsində 222 yerlik uşaq bağçası üçün müasir bina tikilib, Naxçıvan Dövlət Universitetinin iqtisad fakultəsi üçün tədris binasının yenidən qurulması və Naxçıvan Müəllimlər İnstitutu üçün yeni korpusun tikintisi davam etdirilir.

Kollegiya iclasında səhiyyə sahəsində görülən işlər də diqqətə çatdırılıb. Qeyd olunub ki, cari ilin 6 ayı ərzində Şərur Rayon Mərkəzi Xəstəxanasında əsaslı təmir işləri görülüb, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Uşaq Xəstəxanasının yenidən qurulması, Şərur rayonunun Ərəbyengicə, Ordubad rayonunun Üstüpü kəndlərində həkim ambulatoriyalarının tikintisi davam etdirilir. Tarixi-mədəni irsin qorunması və təbliği məqsədi ilə “Qarabağlar” Türbə Kompleksinin bərpası aparılır. Şərur rayonunun Yengicə kəndində hamam binasında bərpa işlərinə başlanılıb, Kəngərli rayonunun Şahtaxtı kəndində ki, Şahtaxtinskilər Muzeyində təmir işləri, Naxçıvan şəhərində məscidin tikintisi, Sədərək rayonunda isə mədəniyyət evinin yenidən qurulması davam etdirilir.

Həmçinin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Naxçıvan şəhərinin Qaraçuq kəndində yerləşən sərhəd məntəqəsinin inzibati binasının yenidən qurulması və Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin tikintisi davam etdirilir.

Asəf Məmmədov qeyd edib ki, bir qayda olaraq tikintisi həyata keçirilən obyektlərin maya dəyərinin aşağı salınması üçün inşaat işlərində yerli materiallardan istifadə edilir və yalnız muxtar respublikada istehsal olunmayan tikinti materiallarının idxalına icazə verilir.

Baş nazirin birinci müavini Asəf Məmmədov qeyd edib ki, tikinti müddətində buraxılan nöqsanların aşkar edilməsi Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yaradılmış komissiyanın səlahiyyətindədir. Tikintidə işlərin keyfiyyətinə nəzarət daha da artırılmalı, keyfiyyətsiz işə görə bundan sonra da ciddi tədbirlər görülməli, işlərin yenidən bərpası tikintini həyata keçirən təşkilatların öz vəsaiti hesabına aradan qaldırılmalıdır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR