SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Muxtar Respublikasının quruculuq xəritəsi genişlənir

25-07-2017, 14:41 | Oxunub: 8 630 |

Naxçıvan Muxtar Respublikasının quruculuq xəritəsi genişlənir
Emtv.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında çıxışı zamanı deyib.

Asəf Məmmədov bildirib:

"Gündəlikdə duran birinci məsələ ilə bağlı çıxış edən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov deyib ki, 2017-ci ilin ötən dövrü ərzində tikinti sektorunda sosial sahələrin inkişafına üstünlük verilib, Naxçıvan şəhərindəki 3 və 13 nömrəli, Şərur şəhərində 2 nömrəli, Şərur rayonunun Çəmənli, Şahbuz rayonunun Kolanı kəndlərində tam orta məktəb binaları, Naxçıvan şəhərinin Tumbul, Şərur rayonunun Çəmənli və Arpaçay kəndlərində kənd və xidmət mərkəzləri, Kəngərli rayonunun Qıvraq qəsəbəsində 222 yerlik uşaq bağçası istifadəyə verilib, Şərur Rayon Mərkəzi Xəstəxanasında əsaslı təmir işləri başa çatdırılıb. Naxçıvan şəhərində 1 yaşayış binası tikilib, Babək Rayon İcra Hakimiyyətinin inzibati binasında və Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin idman zalında yenidənqurma işləri aparılıb. Bu dövrdə Naxçıvan Müəllimlər İnstitutu üçün yeni korpusun, 4 məktəb binasının, 1 musiqi məktəbinin, 2 həkim ambulatoriyasının, Kəngərli və Sədərək rayonlarının hər birində 48 mənzilli yaşayış binalarının, Araz çayı üzərində 36 meqavat gücündə derivasiya tipli Ordubad Su Elektrik Stansiyasının, Sədərək gömrük-sərhəd buraxılış məntəqəsinin, Naxçıvan şəhərində yeni məscidin və 10 kilometrlik Şıxmahmud-Xəlilli-Naxçıvan şəhər avtomobil yolunun tikintisi aparılıb. Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsi üçün tədris korpusunun, 3 məktəb binasının, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Uşaq Xəstəxanasının, Naxçıvan şəhərində 5 yaşayış binasının, Sədərək rayonunda mədəniyyət evinin, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Naxçıvan şəhərinin Qaraçuq kəndində yerləşən sərhəd məntəqəsinin inzibati binasının yenidən qurulması davam etdirilib, Qarabağlar Türbə Kompleksində və Yengicə hamamında bərpa işləri, Kəngərli rayonunun Şahtaxtı kəndindəki Şahtaxtinskilər muzeyində isə təmir işləri görülüb".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR