SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda kəhrizlər bərpa edilir

28-02-2017, 12:07 | Oxunub: 11 217 |

Naxçıvanda kəhrizlər bərpa edilir

Muxtar respublikanın tarixini özündə yaşadan, içməli və suvarma suyuna olan tələbatın ödənilməsində mühüm rol oynayan kəhrizlərin qorunub saxlanılması, təmir-bərpası mühüm əhəmiyyətli sahə kimi daim diqqət mərkəzindədir.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin Kəhrizlər İdarəsindən Azərtac-a bildirilib ki, 384 kəhrizin qeydiyyata alındığı muxtar respublikada istifadə olunan kəhrizlərin qorunub saxlanılması və təmir-bərpası ötən il də diqqət mərkəzində saxlanılıb. Şərur rayonunun Tənənəm, Babək rayonunun Kültəpə, Kəngərli rayonunun Xıncab, Təzəkənd, Qarabağlar, Çalxanqala, Yurdçu, Culfa rayonunun Yaycı, Xoşkeşin, Şurud, Ordubad rayonunun Yuxarı Əylis, Anabad kəndlərində və Naxçıvan şəhərində olmaqla, ümumilikdə, 15 kəhriz əsaslı təmir olunub. Həmçinin Naxçıvan və Ordubad şəhərlərində, Ordubad rayonunun Aşağı Əylis, Şahbuz rayonunun Şahbuzkənd, Culfa rayonunun Gal, Kəngərli rayonunun Qarabağlar kəndlərində, ümumilikdə, 9 kəhrizdə cari təmir işləri aparılıb.

Təmir-bərpa işləri zamanı kəhriz kürələrində saybəndləmə, quyularda isə çalagərdən hörgü işləri görülür ki, bu da kəhrizlərin istismar müddətinin artırılmasına, uçqunların qarşısının alınmasına, bir sözlə, tariximizi özündə yaşadan bu abidələrin qorunub saxlanılmasına imkan verir. Cari ildə də kəhrizlərin təmir-bərpası diqqət mərkəzindədir. Ordubad rayonunun Aşağı Əylis kəndində “Bazarçeşmə” kəhrizi əsaslı təmir olunaraq istifadəyə verilib. Hazırda Culfa rayonunun Dizə, Ordubad rayonunun Yuxarı Əylis, Kəngərli rayonunun Çalxanqala, Xıncab, Qarabağlar kəndlərində, ümumilikdə, 4 kəhrizdə əsaslı, Ordubad şəhərindəki “Şıxəlixan” kəhrizində isə cari təmir işləri davam etdirilir.

Qeyd edək ki, yeraltı suları yer səthinə çıxarmaq üçün istifadə olunan qurğulardan – kəhrizlərdən istifadə iqtisadi baxımdan daha səmərəlidir. Ona görə ki, heç bir elektrik enerjisi sərf edilmədən əhali öz axarı ilə fasiləsiz olaraq içməli və suvarma suyu ilə təmin olunur.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR