SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Payız suvarma mövsümü mütəşəkkil keçirilir

5-11-2016, 09:49 | Oxunub: 15 234 |

Payız suvarma mövsümü mütəşəkkil keçirilirSuvarma mövsümünü mütəşəkkil keçirmək, torpaqların dayanıqlı su təminatı və su itkisinin qarşısını almaq su təsərrüfatı işçilərinin qarşısında duran əsas vəzifələrdəndir. 2016-cı ilin oktyabr ayında bu məsələ diqqətdə saxlanılmış, 18 kilometr magistral kanal, 35 kilometr ara arxlar, 4 kilometrə yaxın kollektor lildən təmizlənmiş, yeni su xətləri çəkilmişdir.

Yaşayış məntəqələrini və əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə 5 kilometr məsafədə selə qarşı istiqamətləndirici bənd tikilmiş, Əlincəçayın Gülüstan kəndindən keçən hissəsində 2580 metr istiqamətləndirici bənd salınmışdır. Bu dövrdə Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin 117 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma şəbəkəsi istifadəyə verilmiş, Naxçıvan-Şərur avtomobil yolunun kənarındakı yaşıllıqların qrunt sularından təmizlənməsi məqsədilə açıq drenaj qazılmışdır.

Ötən ay muxtar respublikanın yaşayış məntəqələrində 3 kilometrdən çox yeni içməli su xətti çəkilmiş, 6 kilometrdən çox içməli su xətti təmir edilmişdir. Culfa rayonunun Saltaq kəndinin əhalisinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Əlincəçay vadisində yeni kaptajın tikintisi başa çatdırılmış, Şərur rayonunun Arbatan kəndinin içməli su təminatını yaxşılaşdırmaq üçün müxtəlif diametrli borularla 2400 metr yeni içməli su xətti çəkilmişdir.
Kəhrizlərin təmir bərpası oktyabr ayında da diqqətdə saxlanılmış, 7 kəhrizdə bərpa işləri davam etdirilmişdir. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan 68 subartezian quyusunda isə təmir işləri aparılmışdır.
“Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi davam edir. Naxçıvan şəhərinin Tumbul kəndində içməli su və kanalizasiya xətlərinin tikintisi başa çatdırılmışdır. Babək rayonunun Şıxmahmud kəndində isə müxtəlif diametrli borularla 4 min metrə yaxın su xətti çəkilmişdir.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR