SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilmişdir

2-11-2016, 10:07 | Oxunub: 17 121 |

Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilmişdirRegionların sosial-iqtisadi inkişafı dövlət proqramı muxtar respublikada uğurla icra olunur. Kəndlərdə müasir infrastruktur yaradılır, əhalinin sosial problemləri həll olunur. Aparılan quruculuq işləri sırasında içməli su və kanalizasiya şəbəkələrinin qurulması mühüm yer tutur.
Noyabrın 1-də Naxçıvan şəhərinin Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində yeni içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat vermişdir ki, hər üç kənddə içməli su və kanalizasiya sistemlərinin tikintisinə bu ilin yanvar ayında başlanmışdır. Ümumilikdə, kəndlərdə 51,1 kilometr içməli su və 47 kilometr kanalizasiya xətti çəkilmiş, su şəbəkəsinin üzərində 25 yanğın hidrantı və 1 təzyiq azaldıcı qoyulmuşdur. Suyun öz axımı ilə mənzillərə verilməsi təmin edilmiş, sayğaclar quraşdırılmışdır. Tikinti işləri aparılarkən çirkab suların təmizləyici qurğuya vurulması üçün Qaraçuq kəndində nasos stansiyası tikilmiş, hər birinin məhsuldarlığı saniyədə 40 litr olan 3 nasos quraşdırılmış, 3,1 kilometr təzyiqli boru xətti çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov içməli su və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: 1970-ci ildə Araz Su Elektrik Stansiyasının tikilməsi ilə əlaqədar Qaraçuq və Bulqan kəndlərinin əhalisi indiki əraziyə köçürülüb. Həmin dövrdən başlayaraq Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində əhalinin içməli su təminatında problemlər mövcud idi. 2000-ci illərdə Naxçıvan şəhərinin içməli su təminatının yaxşılaşdırılması tədbirləri çərçivəsində yeni kaptajlar tikildi, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində içməli su təminatı qismən yaxşılaşdırıldı. Bu gün kənd­lərdə içməli su problemi tamamilə həll olunmuş, yeni içməli su və kanalizasiya şəbəkəsi qurulmuş, müasir şəhər infrastrukturu yaradılmışdır. Bütün bunlar isə ölkə Prezidentinin imzaladığı Qanunla 2009-cu ildə Bulqan, Hacı­niyyət, Qaraçuq, Qaraxanbəyli və Tumbul kəndlərinin Naxçıvan şəhərinə birləşdirilməsindən sonra mümkün olmuşdur. Asiya İnkişaf Bankı ilə bağlanmış kredit sazişi əsasında Naxçıvan şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində də yeni içməli su və kanalizasiya şəbəkəsi qurulmuşdur.
Ali Məclisin Sədri demişdir: Yaşayış məntəqələrində su və kanalizasiya sistemlərinin qurulması vacib məsələdir. Çünki su həyatdır, təmizlikdir. Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər müasir şəhərsalma prinsipləri əsasında aparılmış, 100 kilometrə yaxın müxtəlif diametrli boru xətləri çəkilmişdir. Su və kanalizasiya şəbəkəsi hər üç kənddə 1300 evi və 8 minə yaxın əhalini əhatə edir. Kənd sakinləri ekoloji təmiz və dayanıqlı içməli su ilə təmin olunmuşdur. Sakinlər də tikilənləri, qurulanları qorumalı, sudan qənaətlə və səmərəli istifadə etməlidirlər.
Ali Məclisin Sədri demişdir: Son illər Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində geniş quruculuq işləri də aparılmış, Qaraçuq və Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər yaradılmışdır. Kəndlərdə insanların rahat yaşaması üçün bütün tədbirlər görülmüş, kənd yolları yenidən qurulmuş, kənd və xidmət mərkəzləri, məktəb binaları istifadəyə verilmiş, səhiyyə və rabitə xidməti təşkil olunmuş, geniş abadlıq işləri həyata keçirilmişdir. Bu gün isə Bulqanda kənd və xidmət mərkəzləri istifadəyə verilir. Bu tədbirlərin həyata keçirilməsində məqsəd kəndlərdə insanların rahat yaşayışını təmin etməkdən ibarətdir. Dövlətimiz tərəfindən kəndlərin inkişafı sahəsində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Yaradılan şəraitdən səmərəli istifadə etmək, tikilənləri qorumaq, torpaqları əkmək və təsərrüfatları genişləndirmək isə sakinlərin üzərinə düşən vəzifədir.
Ali Məclisin Sədri sakinləri bir daha təbrik etmiş, onlara firavan həyat arzulamışdır.
Qaraxanbəyli kənd sakini Məmməd Məmmədov minnətdarlıq edərək demişdir: Son illər muxtar respublikada aparılan quruculuq işləri sakinlərə rahat və firavan həyat bəxş etmişdir. Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində içməli su problemi var idi. Sakinlər öz məhəllələrində su kranlarının quraşdırılacağını xəyal edirdilər. Lakin bu gün hər bir evə su və kanalizasiya xətti çəkilib, insanlar öz mənzillərində təmiz və dayanıqlı su ilə təmin olunublar. Həmçinin kəndlərdə geniş quruculuq, abadlıq işləri aparılıb, sosial obyektlər istifadəyə verilib, şəhər rahatlığı yaradılıb. Bütün bunlar ölkəmizdəki inkişafın, sabitliyin, ən əsası isə insana qayğının daha bir ifadəsidir.
Ali Məclisin Sədri Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində yeni içməli su və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işə saldı.

Bulqan Kənd Mərkəzinin açılışı olmuşdur

Noyabrın 1-də Bulqan Kənd Mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, ikimərtəbəli binada rabitə evi, feldşer-mama məntəqəsi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik və 73 yerlik iclas zalı yerləşir. Kitabxana fondunda 2500-dən artıq ədəbiyyat vardır. Kəndə fiber-optik xətt çəkilmiş, rabitə evində poçt bölməsi fəaliyyətə başlamış, 384 yerlik yeni nəsil ATS quraşdırılmış, sürətli internetdən istifadə imkanları yaradılmışdır.
Yeni Azərbaycan Partiyası Bulqan kənd ərazi ilk təşkilatının 114 üzvü vardır. Onlardan 42-si gənclər, 46-sı isə qadınlardır. Geniş iclas zalı kənddə mədəni-kütləvi tədbirlərin keçirilməsinə imkan verəcəkdir.
Binanın birinci mərtəbəsində yerləşən feldşer-mama məntəqəsi 3 otaqdan ibarətdir. Məntəqəyə peyvənd və ilkin tibbi yardım çantaları, dərman preparatları və tibbi avadanlıqlar qoyulmuşdur.
Ali Məclisin Sədri kənddə səhiyyə xidmətinin təşkili ilə maraqlanmış, tibbi qeydiyyatın aparılması və səhiyyə maarifi işinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Kənddə yeni xidmət sahəsi yaradılmışdır



Muxtar respublikanın kəndlərində tikilən xidmət mərkəzlərində yeni iş yerləri açılmaqla yanaşı, həm də sakinlərin gündəlik məişət tələbatı ödənilir, kəndlərdə istehsal olunan məhsullar satışa çıxarılır.
Noyabrın 1-də Bulqan kəndində xidmət mərkəzi istifadəyə verilmişdir.



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını etmiş, yaradılan şəraitlə maraqlanmışdır.
Bildirilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərir. 5 nəfərin işlə təmin olunduğu mərkəzdə yerli məhsulların satışına üstünlük verilir.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri Bulqan kənd sakinləri ilə görüşmüş, kənddə əhalinin tələbatını ödəmək imkanında olan yeni xidmət sahələrinin ­yaradıldığını və iş yerlərinin açıldığını bildirmişdir.
Bulqan kəndində abadlıq işləri də görülmüş, 1340 metr müxtəlif tutumlu rabitə xətti çəkilmiş, 1500 metr müxtəlif diametrli qaz xətlərində təmir bərpa işləri aparılmışdır.

Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilmişdir
Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilmişdir
Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilmişdir

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR