SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin kollegiya iclası keçirilib

28-07-2017, 13:51 | Oxunub: 10 063 |

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin kollegiya iclası keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin iclası keçirilib. İclasda 2017-ci ilin birinci yarısında muxtar respublika məhkəmələrinin fəaliyyətinin yekunları müzakirə olunub.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, Ali Məhkəmənin sədri Ramiz Süleymanov cari ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişaf etdirilməsi, məhkəmə orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atıldığını bildirib. Hakimlərin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq olunması ilə bağlı bir sıra işlər həyata keçirilib, qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilib, məhkəmə orqanlarının yeni informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması məhkəmə sisteminin daha da müasirləşdirilməsinə səbəb olub.

Ali Məhkəmənin sədri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan 15 iyul 2011-ci il tarixli “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Fərmanından irəli gələn vəzifələrin icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində görülən işlər barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədri Hüseyn Məmmədov, Hərbi Məhkəmənin sədri Qasım Əliyev, İnzibati-İqtisadi Məhkəmənin sədri Hicran Muradov, Naxçıvan Şəhər Məhkəməsinin sədri vəzifəsini icra edən Əhliman Xıdırov, Şərur Rayon Məhkəməsinin sədri Hüseyn Zülfüqarov, Babək Rayon Məhkəməsinin sədri Səxavət Bəylərli, Ordubad Rayon Məhkəməsinin hakimi Elşən Salmanov və Culfa Rayon Məhkəməsinin hakimi Mehrab Məmmədov məruzə ətrafında çıxış edib, ilin birinci yarısında görülən işlər haqqında məlumat veriblər.

İclasa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov yekun vuraraq bildirib ki, Ali Məhkəmə ilin ikinci yarımilində öz fəaliyyətini beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında qarşıya qoyulan vəzifələrə uyğun quracaq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR