SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Muxtar respublikada quruculuq işləri davam etdirilir

30-06-2017, 10:39 | Oxunub: 10 511 |

Muxtar respublikada quruculuq işləri davam etdirilir

Muxtar respublikada nəqliyyat xidmətlərindən istifadə edən sərnişinlərin rahat gediş-gəlişinin təmin olunması məqsədilə hər il xeyli tikinti-quruculuq tədbirləri həyata keçirilir. Bu tədbirlər cari ildə də davam etdirilir. Hazırda Şərur rayonunun ərazisindəki yollarda əsaslı və cari təmir işləri aparılır.

Emtv.az bildirir ki, rayonun Aşağı Aralıq və Yuxarı Aralıq kəndlərindəki 2,5 kilometrlik əsas, 5,2 kilometrlik məhəllələrarası yolların əsaslı təmirinə başlanılıb. Əsas yolların təmiri ilə məşğul olan Naxçıvan Yol Təmir-Tikinti İdarəsinin tabeliyindəki maşın və mexanizmlərin köməyi ilə əvvəlki asfalt örtük qaşınıb götürülür, yataq hamarlanır, lazım olan yerlərə çınqıl tökülüb bərkidilir. Bu işlər başa çatdıqdan sonra yola qalın asfalt örtük salınacaq.

Məhəllələrarası yolların təmiri isə rayon Yol Təmir-Tikinti İdarəsinin kollektivi tərəfindən görülür. Şərur şəhərində və kəndlərarası yollarda da cari təmir işləri aparılır.

Culfa rayonunda aparılan abadlıq-quruculuq tədbirləri hər il ayrı-ayrı kəndləri əhatə edir. Cari ildə belə tədbirlər Dizə kəndində də həyata keçirilir. Bu ilin mart ayından adıçəkilən yaşayış məntəqəsində 216 şagird yerlik tam orta məktəb binasının tikintisinə başlanılıb. Yeni məktəb binası 3 mərtəbədən ibarət olacaq. İnşaat işlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi həyata keçirir.

Yeni obyekt vaxtlı-vaxtında inşaat materialları ilə təmin olunur. Qısa müddətdə inşaatçılar məktəbin birinci və ikinci mərtəbələrinin hörgü işlərini başa çatdırıb, üçüncü mərtəbənin tikintisinə başlayıblar. Obyektin birinci və ikinci mərtəbələrində suvaq işləri yerinə yetirilir.

Dizədə kənd mərkəzinin tikintisi də davam etdirilir. İki mərtəbədən ibarət olacaq kənd mərkəzinin birinci mərtəbəsində hörgü işləri başa çatdırılıb, hazırda bu işlər ikinci mərtəbədə davam etdirilir. Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, iclas zalı, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, polis, ATS, baytarlıq, feldşer-mama məntəqəsi, kitabxana, kənd klubu və sair təşkilatlar üçün otaqlar yaradılacaq. İnşaatçılar binanı müəyyən olunan vaxtda istifadəyə vermək üçün əzmlə çalışır, işlərin keyfiyyətini diqqətdə saxlayırlar.

Dizə kəndində xidmət mərkəzinin tikintisinə də başlanılıb. Birmərtəbəli xidmət mərkəzində ərzaq, təsərrüfat malları mağazaları, bərbərxana, gözəllik salonu, ət satışı yeri olacaq. Hər üç obyektin ətrafında işıqlandırma sistemi quraşdırılacaq, yaşıllıq zolağı və gülkarlıq salınacaq.

Qeyd edək ki, son illər bu idarənin kollektivi Şurud, Gal, Bənəniyar, Qızılca, Saltaq, Gülüstan kəndlərində müxtəlif təyinatlı yeni obyektlər inşa edib. Həmişə keyfiyyət amilinə xüsusi diqqət yetirən idarənin kollektivi quruculuq tədbirlərində tamamilə yerli inşaat materiallarından istifadə edir. Çünki muxtar respublikada istehsal olunan sement, qum, kərpic və sair materiallar həm keyfiyyətli olur, həm də ucuz başa gəlir.

Bu il Dizə kəndində avtomobil və kənddaxili yolların da yenidən qurulması nəzərdə tutulub. Qeyd edək ki, Dizə kəndinə gedən magistral yolda əvvəlki illərdə qumlama, çınqıl-torpaq işləri yerinə yetirilib, suötürücülər qoyulub, yolun kənarında kanal çəkilib. Tikinti işləri başa çatdıqdan sonra yola asfalt örtüyü salınacaq.

Ötən ildən əsaslı şəkildə yenidən qurulmasına başlanılan, Sədərək kəndi ərazisində yerləşən rayon Mədəniyyət və Turizm Şöbəsinin binasında da hazırda inşaat işləri davam etdirilir. Bu quruculuq tədbiri “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır.

İnşaatçılar obyekti vaxtında təhvil vermək üçün səylə çalışır, bu prosesdə texnikanın imkanlarından geniş istifadə edirlər. Obyektdə tikinti təhlükəsizliyi qaydalarına da ciddi əməl edilir. Burada yerli tikinti materiallarından istifadəyə üstünlük verilir, görülən işlər yüksək zövq və peşəkarlıqla müasir memarlıq elementlərinin tətbiqi ilə yerinə yetirilir.

Rayon ərazisində aparılan quruculuq işləri bununla məhdudlaşmır. Bu ilin əvvəlindən Heydərabad qəsəbəsində zirzəmi ilə birlikdə 7 mərtəbəli, 48 mənzilli yaşayış binasının tikintisinə başlanılıb. İnşaat işlərini “ARTAY” inşaat şirkətinin kollektivi həyata keçirir. Artıq binanın birinci mərtəbəsində inşaat işlərinə başlanılıb. Tikinti işləri başa çatdırıldıqdan sonra Heydərabad qəsəbəsinin görünüşünə yeni çalarlar qatılacaq. Yeni binanın inşası həm də gənc ailələrin mənzil problemlərinin həllinə öz töhfəsini verəcək.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR