SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində kompleks quruculuq işlərinə başlanılıb

7-06-2017, 12:28 | Oxunub: 12 488 |

Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində kompleks quruculuq işlərinə başlanılıb
Son illər muxtar respublikamızda reallaşdırılan genişmiqyaslı quruculuq tədbirləri nəticəsində həyata vəsiqə alan, müasir memarlıq üslubu ilə gözoxşayan, bir-birindən yaraşıqlı, müxtəlif təyinatlı binalar yerləşdiyi əraziyə yeni görkəm bəxş etməklə bərabər, ayrı-ayrı yaşayış məntəqələrində əhalinin rahatlığına xidmət edir. Tikilən və ya yenidən qurulan müasir məktəb binaları yüksəkkeyfiyyətli tədris üçün əlverişli şərait yaradır. Bu istiqamətdə işlər davam etdirilir, quruculuq ərməğanlarının coğrafiyası ildən-ilə genişləndirilir.

İlkin şəhərsalma mədəniyyətinin izlərini özündə yaşadan qədim Naxçıvan şəhəri bu gün yeni inkişaf dövrünü yaşayır. Son illər şəhərin prospekt, küçə və məhəllələri abadlaşdırılıb, park və xiyabanlar salınıb, yeni inzibati və yaşayış binaları tikilib, sosial obyektlər istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”ın icrası bu işlərin davamlı olmasına imkan verib, Naxçıvan şəhərində tikinti-quruculuq, yaşıllaşdırma və abadlıq işlərinin həcmi artıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bu gün muxtar respublikada tikinti-quruculuq işlərinin geniş vüsət aldığı ünvanlardan biri də Naxçıvan şəhərinin Qaraxanbəyli kəndidir. Qeyd edək ki, Qaraxanbəyli kəndi Naxçıvan şəhərinin inzibati ərazi vahidinə daxil olan yaşayış məntəqəsidir. 2009-cu ilə qədər Babək rayonunun tərkibində olmuş bu kənd “Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişik­liklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Tumbul, Hacı­niyyət, Bulqan və Qaraçuq kənd­ləri ilə birlikdə Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilib. Bu ilin mart ayından başlayaraq kənddə müasirtipli layihə əsasında üçmərtəbəli məktəb binası, kənd və xidmət mərkəzləri inşa edilir.

414 yerlik məktəb binası 3 mərtəbədən ibarət olacaq. Hazır­da məktəb binasının ikinci mərtəbəsində qəlib-beton işləri həyata keçirilir. Burada sinif otaqları, müxtəlif laboratoriyalar, elektron lövhəli dərs otaqları, kompüter sinifləri, zəngin kitabxana müəllim və şagirdlərin ixtiyarına veriləcək. Şagirdlər fiziki hazırlıq dərslərinin keçilməsi üçün yaradılan və müasir qurğularla təchiz olunmuş idman zalından istifadə etmək imkanı qazanacaqlar.
Məktəbdə şagirdlərin dərslik, bədii və elmi ədəbiyyatlarla təminatına, eləcə də onların mütaliəsinə xüsusi diqqət yetiriləcək, 17 mindən artıq kitab fondu olan kitabxana yaradılacaq. Kimya, biologiya və fizika laboratoriyalarında sınaq-təcrübə avadanlıqları quraşdırılacaq. Elektron dərsliklərlə təminat isə mövzu üzrə müxtəlif mənbələrdən, o cümlədən internet resurslarından istifadə olunmasına və dərslərin daha əhatəli öyrədilməsinə imkan verəcək. Burada yaradılacaq sürətli internetə çıxış imkanı kompüterlərdən və elektron lövhələrdən səmərəli istifadəyə, elektron tədris mübadiləsinə və beləliklə, distant təhsilin inkişafına geniş imkanlar açacaq. Təhsil müəssisəsinin informasiya texnologiyaları ilə təminatı pedaqoji kollektiv və şagirdlər, eləcə də digər ümumtəhsil məktəbləri ilə informasiya mübadiləsi aparmağa şərait yaradacaqdır. Binanın həyətində də abadlıq işləri aparılacaq, yaşıllıq sahələri yaradılacaq, işıqlandırma sistemləri qurulacaqdır.


İnşaat işlərinin vaxtında və keyfiyyətlə aparılması üçün obyektə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi­nin Naxçıvan Şəhər İdarəsinin təcrübəli inşaatçıları və müa­sir maşın-mexanizmləri cəlb olunub.
Obyektin iş icraçısı Əliağa Piriyevin bildirdiyinə görə, kənd mərkəzi binasının birinci mərtəbəsində qəlib-beton işləri artıq başa çatdırılıb. Hazırda arakəsmələrin hörgüsü aparılır. Birmərtəbəli xidmət mərkəzinin binası hörülür.
Kənddə aparılan quruculuq işləri bunlarla məhdudlaşmır. Belə ki, sakinlərin rahat gediş-gəlişinin təmin olunması məqsədilə 13 metr eni, 1500 metr uzunluğu olan kənd yolunun tikintisinə də başlanılıb. Hazırda yolun hamarlanması və bərkidilməsi işləri gedir. Son mərhələdə yola asfalt örtük salınacaq, yolun hər iki tərəfində 2,6 metr hündürlüyündə istinad divarı çəkiləcək.
Qeyd edək ki, ötən il Qaraxanbəyli kəndində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib. Bu gün kənd sakinləri ekoloji təmiz və dayanıqlı su ilə təmin edilib. Qaraxanbəylidə yeni məktəb binası, kənd və xidmət mərkəzləri tikilib istifadəyə verildikdən sonra kənd muxtar respublikanın müasir və abad yaşayış məntəqələri sırasına qoşulacaqdır.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR