17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Heydər Əliyev idealları yaşadıqca Naxçıvan inkişaf edəcək
Vasif Talıbovun yürütdüyü iqtisadi-siyasi kurs, tətbiq etdiyi idarəçilik üsulları muxtar respublikada əldə olunan uğurların qazanılmasında müstəsna əhəmiyyət kəsb edir
Məlumdur ki, son illər Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən sənayedə, tikinti sektorunda, eləcə də sosial həyatın demək olar bütün sahələrində böyük nailiyyətlər əldə olunub. Bu illər ərzində muxtar respublikada bir çox əhəmiyyətli dövlət proqramları icra olunub və nəzərdə tutulmuş tədbirlərin, infrastruktur layihələrinin reallaşdırılması həyata keçirilib.
Yerli istehsalın dövlət tərəfindən dəstəklənməsi sayəsində sahibkarlıq yüksək səviyyədə inkişaf edib. Ölkəmizin öz müstəqilliyini əldə etməsindən sonra keçən 25 il ərzində Naxçıvanda iqtisadiyyat şaxələndirilib, səmərəli məşğulluq təmin edilib, yeni istehsal və xidmət sahələri yaradılıb, əhalinin rifahı yaxşılaşdırılıb. Ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi artıq 3 milyard manata yaxındır.
Müstəqillik illərində muxtar respublikada sənaye istehsalının həcmi 100 dəfə, əsas kapitala yönəldilən investisiyalar 312 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 10 dəfə, nəqliyyat sektorunda yük daşınması 25 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 112 dəfə, pərakəndə əmtəə dövriyyəsi 35 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 51 dəfə, ixracın həcmi 214 dəfə, əhalinin gəlirləri 57 dəfə, hər bir nəfərə düşən gəlirlər 43 dəfə, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 25 dəfə artıb.
Təbii ki, hər bir cəmiyyətin ən dəyərli sərvəti onun sağlam üzvləridir. Məhz bu baxımdan xüsusi olaraq qeyd etmək lazımdır ki, bu gün Naxçıvanda həyata keçirilən səhiyyə islahatlarının mərkəzində də insan amili dayanır. Müasir səhiyyə infrastrukturunun yaradılması, diaqnostika, müalicə və doğum mərkəzlərinin, mərkəzi xəstəxanaların, ən ucqar kəndlərdə belə tibb müəssisələrinin iqtifadəyə verilməsi, insanların araslnda səhiyyə maarifi işinin gücləndirilməsi, əhalinin bütün təbəqəsinin lazımi tibbi xidmətlə təmin olunması muxtar respublikada xəstəliklərin səviyyəsinin azalmasına, gələcəyimiz olan gənc nəslin sağlam vətəndaş kimi formalaşmasına səbəb olub.
Həmçinin bu gün Naxçıvanda ölkəmizin gələcək intellektual potensialının təmin edilməsi üçün zəruri olan təhsil sahəsinin inkişafı da xüsusi diqqət mərkəzində saxlanılır. Muxtar respublikada hər il yeni məktəb binaları tikilir, təhsil ocaqlarında müasir tədris avadanlıqları quraşdırılır, qabaqcıl tədris proqramları tətbiq edilir. Naxçıvanın rəhbərliyi tərəfindən yeni məktəb binalarının istifadəyə verilməsi, onların texniki və kadr təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi sahəsində ardıcıl iş aparılır.
Naxçıvanda son illər əldə olunmuş nailiyyətlərdən danışarkən, təbii ki, muxtar respublikanın enerji təminatı məsələsini də önə gətirmək lazımdır. Belə ki, blokada şəraitinin əsas problemlərindən sayılan elektrik enerjisilə təminat məsələsi bu gün tam olaraq öz həllini tapıb. Hazırda muxtar respublikada elektrik enerjisinə olan tələbat Arpaçay Su Anbarı üzərində qurulan 20,5 və 1,4 meqavat gücünda, Heydər Əliyev adına Su Anbarında 4,5 meqavat gücündə su elektrik stansiyası, maksimal gücü 22 meqavat olan Biləv su elektrik stansiyası və digər müasir su elektrik stansiyaları hesabına ödənilir. Bundan başqa, 2015-ci ildə muxtar respublikada ümumi gücü 20 meqavat olan Günəş Elektrik Stansiyası da inşa olunaraq ölkə prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Bütün bu tədbirlərin nəticəsi olaraq, Naxçıvan artıq elektrik enerjisi idxalçısından enerji ixracatçısına çevrilib.
Bir daha qeyd etmək lazımdır ki, bütün bu uğur və nailiyyətlərin əsasında əlbəttə ki, ilk növbədə Azərbaycan dövlətinin və şəxsən ölkə prezidenti cənab İlham Əliyevin Naxçıvanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğı durur.
İkinci bir tərəfdən isə, etiraf olunmalıdır ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun burada yürütdüyü düzgün iqtisadi-siyasi kurs, tətbiq etdiyi idarəçilik üsulları və ən əsası da Naxçıvanda Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideyalarının daima yaşadılması əldə olunan uğurların qazanılmasında müstəsna əhəmiyyət kəsb edir.
Əminliklə demək olar ki, məhz bu vəhdət Naxçıvanın inkişafını təmin edir və bundan sonra da bu inkişaf artan dinamika ilə davam edəcəkdir.
Hazırladı: Faiq ƏHMƏDOV, "Müstəqil lider" jurnalının baş redaktoru.
Emtv.az