17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Kəmaləddin Heydərov İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 16-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
FHN-in mətbuat xidmətindən apa-ya verilən məlumata görə, Kəmaləddin Heydərov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasına son səfəri ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə təkan verib.
Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən də ətraflı bəhs edən nazir vurğulayıb ki, qonşu və dost İranın müvafiq hökumət qurumları ilə əməkdaşlığın böyük perspektivləri mövcuddur.
Səmimi qəbula görə təşəkkürünü bildirən nazir Mahmud Vaezi son illər İranla Azərbaycan arasında əlaqələrin bütün sahələrdə güclənməsindən məmnunluğunu ifadə edib.
İranlı nazir qeyd edib ki, onun təmsil olunduğu hökumət fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.
Emtv.az/L.Xubyarzadə