17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
TƏBRİZDƏ İRAN-AZƏRBAYCAN BİZNES FORUMU KEÇİRİLİB
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin İran İslam Respublikasına səfəri çərçivəsində Təbriz şəhərində İran-Azərbaycan biznes forumu keçirilib. Tədbir İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və İranın müvafiq qurumlarının təşkilatçılığı ilə baş tutub.
"EMTV.az" xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, tikinti, qida sənayesi, maliyyə, konsaltinq, turizm və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edib.
Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında xüsusi əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri çərçivəsində Dövlət Komissiyasının iclası, İran-Azərbaycan biznes forumları və bir sıra ikitərəfli görüşlər keçirilib, energetika, nəqliyyat və digər sahələrdə mühüm razılıqlar əldə edilib. Şimal-Cənub nəqliyyat dəhlizi, Biləsuvar və Astara sərhəd-keçid məntəqələrinin 24 saat fasiləsiz iş rejiminə keçirilməsi sahəsində işlərin intensivləşdirilməsi barədə razılıqlar ölkələrimizin tranzit potensialından daha səmərəli istifadə olunmasına imkan yaradacaq. Nazir Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" Sərəncamının Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsi və bu sahədə görülən işlərin sürətləndirilməsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb. İş adamlarını fəal əməkdaşlığa dəvət edən nazir Şahin Mustafayev sənaye, kənd təsərrüfatı, nəqliyyat, ticarət və digər sahələrdə əlaqələrin genişləndirilməsinə dair fikirlərini bildirib. Vurğulanıb ki, Azərbaycanın Qazaxıstanın Aktau şəhərində inşa olunmuş logistik mərkəzindən İran tərəfi də istifadə edə bilər. Azərbaycanda yaradılmaqda olan sənaye parklarında və aqroparklarda İran investorlarının fəaliyyəti üçün əlverişli imkanlar mövcuddur.
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi çıxışında son zamanlar ölkələrimiz arasında əlaqələrin daha da intensivləşdiyini, bir çox məsələlərdə qarşılıqlı razılıqların əldə olunduğunu qeyd edib, iqtisadiyyatın müxtəlif sahələrində, həmçinin iş adamları arasında əməkdaşlığın inkişafına dair fikirlərini bildirib. Mahmud Vaezi Azərbaycan iş adamlarını İrana investisiya qoymağa dəvət edib.
İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə İran İslam Respublikasının Şərqi Azərbaycan vilayəti ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.
Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub.