SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İRAN AZƏRBAYCANI DƏSTƏKLƏYİR

22-04-2016, 17:33 | Oxunub: 8 188 |

İRAN AZƏRBAYCANI DƏSTƏKLƏYİR
Mahmud Vaezi: İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.
Azərbaycan və İran prezidentləri tərəfindən müəyyən edilmiş strateji xəttə uyğun olaraq, ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edir.

Bu fikir Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə səslənib.

"EMTV.az" Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Mahmud Vaezi Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son gərginlik zamanı mülki Azərbaycan vətəndaşlarının və hərbi qulluqçuların həyatını itirməsi ilə əlaqədar başsağlığı verib. O vurğulayıb ki, İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

İranlı nazir hökumətlərarası birgə komissiya çərçivəsində həyata keçirilən tədbirlər sayəsində iqtisadiyyat, nəqliyyat, neft-qaz, kənd təsərrüfatı, turizm, əczaçılıq, maşınqayırma, rabitə və informasiya texnologiyaları və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdiyini bildirib.

Mahmud Vaezi ölkəsinin regional sülh və təhlükəsizliyin təmin edilməsində maraqlı olduğunu qeyd edib. O, beynəlxalq əməkdaşlıq kontekstində terrorizm, radikalizm və regional təhdidlərə qarşı birgə mübarizə aparmaq üçün iki ölkənin təhlükəsizlik orqanları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini bildirib.

Nazir Elmar Məmmədyarov Prezident İlham Əliyevin İrana sonuncu səfərinin, səfər zamanı keçirilmiş görüşlərin və imzalanmış sənədlərin iki ölkə arasında əməkdaşlığın inkişafı baxımdan böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. O, Mahmud Vaezini Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Nazir Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı İranın tutduğu ədalətli və davamlı mövqeyin yüksək qiymətləndirildiyini vurğulayıb. Münaqişənin həlli və regionda davamlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının işğal edilmiş bütün Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib.

Elmar Məmmədyarov ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya üçtərəfli formatında da inkişaf etdiyini söyləyib. O, bu xüsusda aprelin 5-də İranın Ramsar şəhərində, aprelin 7-də isə Bakıda keçirilmiş üçtərəfli görüşləri diqqətə çatdırıb.

Nazir aprelin 20-də Astara çayı üzərində tikintisinin təməli qoyulmuş dəmir yolu körpüsünün Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malik olduğunu deyib. O, körpünün ölkələrimizin tranzit potensialının artmasına və böyük həcmdə yükdaşımaların həyata keçirilməsinə imkan yaradacağını xüsusi vurğulayıb.

Görüşdə, həmçinin iki ölkənin bölgələri arasında əlaqələrin inkişaf etdirilməsi, energetika, nəqliyyat, neft daşımaları, ticarət, bank sektoru və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR