SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan və İran parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsi məsələsi müzakirə olunub

19-04-2016, 18:44 | Oxunub: 9 304 |

Azərbaycan və İran parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsi məsələsi müzakirə olunub
Moskvada keçirilən Avrasiya ölkələri parlament sədrlərinin birinci müşavirəsi çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov İran İslam Respublikası parlamentinin sədri Əli Laricani ilə görüşüb.

Azərbaycan ilə İran arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Oqtay Əsədov bütün sahələrdə əməkdaşlığın sürətlə inkişafı üçün yaxşı perspektivlərin olduğunu diqqətə çatdırıb. Azərbaycan parlamentinin sədri iranlı həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağda münaqişəsi barədə məlumat verərək bildirib ki, Ermənistan tərəfi hər gün atəşkəsi pozaraq Azərbaycan kəndlərinin dinc əhalisini atəşə tutur. Beynəlxalq vasitəçilərin səylərinə baxmayaraq, münaqişə hələ də öz həllini tapmayıb.

Təmas xəttində son hadisələrdən danışan Oqtay Əsədov vurğulayıb ki, Azərbaycan Ordusu Ermənistan tərəfinin təcavüzünə layiqli cavab verib. Beynəlxalq vasitəçilərin, ilk növbədə Rusiya tərəfinin təklifi ilə hərbi əməliyyatlar dayandırılıb və münaqişənin dinc yolla həlli üçün danışıqlar aparılır.

İran parlamentinin sədri qeyd edib ki, Azərbaycan ilə iqtisadi, siyasi və mədəni sahələrdə çox yaxşı münasibətlər qurulub. O, Azərbaycan, İran və Rusiya, habelə Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri arasında keçirilmiş görüşlərin nəticələrini yüksək qiymətləndirib. Ticari-iqtisadi münasibətlərin, banklar arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı zəmin yarandığını deyən İran parlamentinin sədri Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar İran hakimiyyətinin narahatlığını ifadə edib.

Söhbət zamanı Azərbaycan və İran parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR