17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
KƏMALƏDDİN HEYDƏROV YAPONİYA SƏFİRİ İLƏ GÖRÜŞDÜ
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanvarın 19-da Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi ilə görüşüb.
"EMTV.az" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, K.Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən bəhs edib, bu sahədə zəngin təcrübəyə malik Yaponiyanın müvafiq qurumları ilə əməkdaşlığın geniş potensialı olduğunu bildirib.
T.Takahaşi ölkəsinin uyğun qurumlarının Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə əlaqələrinin daha da inkişaf etdirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, ötən ilin mart ayında Yaponiyanin Sendai şəhərində keçirilmiş Fəlakət Riskinin Azaldılması üzrə BMT-nin üçüncü Dünya Konfransında FHN-in nümayəndə heyətinin fəal iştirakını yüksək qiymətləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.