17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Lənkəran və Naxçıvandan "Vnukovo"ya hava reysi açılacaq
Bu ilin iki ayı ərzində ötən illə müqayisədə Heydər Əliyev Beynəlxalq Hava Limanından sərnişin daşımalarının həcmi 34%, bu baxımdan AZAL şirkətinin göstəricisi isə 28% artıb.
Emtv.az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Hava Yollarının (AZAL) vitse-prezidenti Eldar Hacıyev Moskvanın "Vnukovo" hava limanında Moskva-Gəncə və Moskva-Qəbələ reyslərinin açılışına həsr olunan mətbuat konfransında deyib.
E.Hacıyev bildirib ki, Azərbaycana turizm baxımından maraq böyükdür. Ölkəyə gələnlərin sayı artır. Bu baxımdan müxtəlif istiqamətlərdə nəzərdə tutulan yeni uçuşlar bu rəqəmi daha da artıracaq.
Vitse-prezident bildirib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı ümumilikdə illik 9 milyon nəfər sərnişin daşıma gücünə malikdir. Lakin hazırda il ərzində aeroportda təxminən 3 milyondan çox sərnişinə xidmət göstərilir.
E.Hacıyev həmçinin qeyd edib ki, AZALJET yaxın gələcəkdə "Vnukovo" hava limanından Lənkəran-Moskva və Naxçıvan-Moskva reysləri üzrə sərnişin daşımaları həyata keçirəcək. Bunun 2018-ci il ərzində baş tutması nəzərdə tutulur.
Emtv.az/L.Xubyarzadə