17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
KÜLƏK NAXÇIVAN-BAKI REYSLƏRİNİ İFLİC EDİB
"EMTV".az xəbər vərir ki, Naxçıvandan Bakıya uçmalı olan təyyarə artıq 3 saatdır gecikir. Bu barədə məlumatı musavat.com-a Naxçıvan Hava Limanında olan sərnişinlər veriblər. Məlumata görə, saat 21:00-da Naxçıvandan Bakıya uçmalı olan təyyarə hava şəraitinə görə gecikir.
Hava küləkli olduğundan Heydər Əliyev adına Hava Limanından Naxçıvana uçuş bir neçə saat əvvəl dayandırılıb. Bakıdan Naxçıvana uçuş olmadığından, qayıdış reysləri də gecikir.
Sərnişinlər bildirirlər ki, bir neçə dəqiqə əvvəl Naxçıvan aeroportunda Bakıdan təyyarənin havaya qalxdığı anonsu verilib.
***
Heydər Əliyev Beynəlxalq Aeroportundan isə Trend-ə bildirilib ki, Bakıda axşam saatlarında yağış yağmasına və ildırım çaxmasına baxmayaraq hava limanında təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir. Məlumata görə, ildırım çaxması aeroportunun işinə təsir etməyib.