SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

AZAL YENİ HAVA HƏRƏKƏTİNİ İDARƏETMƏ QÜLLƏSİ AÇDI

9-12-2015, 17:40 | Oxunub: 13 151 |

AZAL YENİ HAVA HƏRƏKƏTİNİ İDARƏETMƏ QÜLLƏSİ AÇDI
Dekabrın 9-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müasir tipli ikinci hava hərəkətini idarəetmə (HHİ) qülləsinin açılışı olub.

"EMTV.az" AZƏRTAC-a istinadən xəbər verir ki, hava hərəkətinin idarəsi sahəsində bütün müasir tələblərə cavab verən radiolokatorla uyğunlaşdırılan yeni HHİ qülləsinin Avropada analoqu yoxdur. Qüllə Heydər Əliyev Beynəlxalq Aeroportuna yaxınlaşma zonasında və aeroportun manevr zonalarında hava gəmilərinin daha səmərəli idarə olunmasını təmin etməyə imkan verəcək.

Yeni qülləni S rejimini dəstəkləyən RSM970S radiolokatoru ilə Fransanın “Thales” şirkəti təchiz edib.

Qüllənin açılış mərasimində Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, “Thales Eurasia” şirkətinin vitse-prezidenti Roje De və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) birinci vitse-prezidenti Sabir İlyasov iştirak ediblər.

AZAL-ın birinci vitse-prezidenti Sabir İlyasov açılış mərasimində bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan aviasiyasına diqqət və qayğısı sayəsində AZAL Azərbaycan Respublikasının hava məkanında uçuşların təhlükəsizliyinin təmin olunması üçün bir sıra uğurlu layihələr həyata keçirib.

AZAL-ın birinci vitse-prezidenti deyib: “İnkişaf etmiş aeronaviqasiya infrastrukturu sayəsində Azərbaycan aeronaviqasiya sahəsində son elmi nailiyyətləri ehtiva edən ən müasir texnologiyaların tətbiqi sahəsində dünya liderlərindən birinə çevrilib. Bu da uçuşların təhlükəsizliyinin ICAO-nun və Hava Naviqasiyasının Təhlükəsizliyi üzrə Avropa Təşkilatının son tələblərinə uyğun yüksək səviyyəsini təmin etməyə imkan verir”.

“Thales Eurasia” şirkətinin vitse-prezidenti Roje De şirkətin HHİ qülləsini radarlarla təmin etməsi barədə məlumat verərək deyib: “Hesab edirəm ki, bu dispetçer nəzarət məntəqəsindən aeroportun görüntüsü çox yaxşıdır. Hər iki terminala gözəl panorama açılır. Biz bu qüllədə quraşdırılan radarın səsini eşidəndə qürur hissi keçirdik. Radarın funksiyası uçuşların təhlükəsizliyini təmin edən tədbirlər görməkdir”.

HHİ qülləsinin açılışını bildirən qırmızı lenti kəsən Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bu hadisəni Azərbaycan-Fransa münasibətlərində çox əlamətdar hal adlandırıb. Diplomat ümidvar olduğunu bildirib ki, bu əməkdaşlıq uzunmüddətli və məhsuldar olacaq.

Azərbaycanın aeronaviqasiya sistemi iri aviadaşıyıcıların diqqət mərkəzindədir. Hazırda “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ildə 80 mindən çox tranzit uçuşuna və təqribən 40 min uçma və enməyə xidmət edir.
AZAL YENİ HAVA HƏRƏKƏTİNİ İDARƏETMƏ QÜLLƏSİ AÇDIAZAL YENİ HAVA HƏRƏKƏTİNİ İDARƏETMƏ QÜLLƏSİ AÇDI
AZAL YENİ HAVA HƏRƏKƏTİNİ İDARƏETMƏ QÜLLƏSİ AÇDIAZAL YENİ HAVA HƏRƏKƏTİNİ İDARƏETMƏ QÜLLƏSİ AÇDI
AZAL YENİ HAVA HƏRƏKƏTİNİ İDARƏETMƏ QÜLLƏSİ AÇDIAZAL YENİ HAVA HƏRƏKƏTİNİ İDARƏETMƏ QÜLLƏSİ AÇDI
AZAL YENİ HAVA HƏRƏKƏTİNİ İDARƏETMƏ QÜLLƏSİ AÇDIAZAL YENİ HAVA HƏRƏKƏTİNİ İDARƏETMƏ QÜLLƏSİ AÇDI

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR