18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Millət vəkili qəzada yaralanan tələbələrə baş çəkdi
Bakı-Sumqayıt yolunda qəzaya düşmüş sərnişin avtobusunda yaralanmış 4 tələbə balamızı 1 saylı Klinik Tibbi Mərkəzdə ziyarət etdim. Çox şükür vəziyyətləri əməliyyatlardan sonra yaxşılaşır.
Emtv.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Bakı-Sumqayıt yolunda baş vermiş faciəli qəzada yaralanmış tələbələr haqda danışarkən deyib. Millət vəkili tələbələrin səhhəti ilə bağlı həkimlərlə söhbət etdiyini bildirib:
“Həkimlər yaxın zamanlarda gənclərin sağlamlıqlarına qovuşacaqlarını dedilər. Tələbələrin özləri ilə də görüşdük. Azadə Mədətzadə və Xavər Sadıqova əməliyyatdan sonra yaxşılaşmağa başlayıblar. Təhsil aldıqları universitetin rəsmiləri də onlara baş çəkməyə gəlmişdi. Qızların çox fəal tələbələr olduqlarını söylədilər. Digər iki tələbə balamız Rəsul Sadıqov və Emil Həmidova da baş çəkdik, söhbət etdik, çox şükür, getdikcə daha da yaxşılaşırlar. Valideynlərlə də geniş söhbət etdik. Övladlarımızı Allah bizə yenidən bağışladı deyirdilər. Hələ də o dəhşətli hadisənin şokunu ata bilməyiblər. Həkimlər əllərindən gələn dəstəyi balalarımız üçün edirlər. Dualarınızı onlardan və həmin hadisə zamanı yaralanmış bütün tələbələrimizdən əksik etməyin. Tələbələrimizə qısa zamanda tamam sağalmalarını və bir daha belə acılar yaşamamalarını dilədik. Allah bütün balalarımızı qorusun. Bu hadisə ciddi bir dərs olmalıdır. Sərnişinlərin nəqliyyat təhlükəsizliyi məsələsinə münasibət daha da ciddiləşməlidir. İctimai nəqliyyat vasitələrinə nəzarət çox güclü olmalıdır. Allah bir daha belə acılar yaşatmasın”.
Emtv.az/L.Xubyarzadə