SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

QƏNİRƏ PAŞAYEVA SİNOP SƏFƏRİNDƏ

15-12-2015, 11:38 | Oxunub: 9 126 |

QƏNİRƏ PAŞAYEVA SİNOP SƏFƏRİNDƏ
Türkiyənin Sinop bölgəsində Azərbaycan-Türkiyə münasibətləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva Sinop bələdiyyə başqanı Baki Ergül ilə görüşüb.
"EMTV.az" xəbər verir ki, bələdiyyə başqanı millət vəkili ilə görüş zamanı “Günəşli” yatağında baş verən qəza ilə bağlı həlak olmuş neftçi qardaşlarımızla bağlı xəbərə çox üzüldüklərini bildirib, onlara Allahdan rəhmət, əziz ailələrinə səbr, qardaş Azərbaycana bir daha belə acılar yaşamamasını diləyirik deyib. Belə həssas münasibət üçün təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva sevincimiz də kədərimiz də birdir inşallah bir daha millətimiz və iki qardaş dövlətimiz bir daha belə acılar yaşamasın deyib. Görüş zamanı Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Sinopun da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirən millət vəkili Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Sinopun mərkəzi küçələrdən birinə Azərbaycan, mərkəzi parklardan birinə Qarabağ adının veriləcəyinə inandığını deyib və Sinop bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.

Azərbaycanı çox sevdiyini deyən Sinopbələdiyyə başqanı Baki Ergül Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Sinop bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır deyən Sinop ələdiyyə başqanı Baki Ergül hər zaman qardaş Azərbaycanın yanındayıq deyib və millət vəkili Qənirə Paşayevanın Sinopda Azərbaycan küçəsi, Qarabağ parkı təkliflərini müsbət qiymətləndirdiyini deyərək bu təkliflərə mütləq baxılacağını deyib. Bələdiyyə başqanına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Sinopun da yer alacağını bildirib və Azərbaycan insanına Sinopu daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək deyib. Millət vəkili Sinop bələdiyyə başqanı Baki Ergül və xanımını Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Sinop bələdiyyə başqanı Baki Ergül Azərbaycana məmuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini deyib. Görüş zamanı son günlər bölgədə daha da gərginləşən vəziyyət, Türk dünyasının müxtəlif bölgələrində yaşayan soydaşlarımızın acı və üzüntüləri ətrafında da müzakirələr aparılıb.

Qeyd edək ki, görüşün sonunda millət vəkili Qənirə Paşayeva Sinop bələdiyyə başqanı Baki Ergülə həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən” , “Karabağ hikayeleri” kitablarıını, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər hədiyyə edib. O da millət vəkilinə qədim Sinopun tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib.
QƏNİRƏ PAŞAYEVA SİNOP SƏFƏRİNDƏ

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR