SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Qənirə Paşayeva Suriya türkmənlərinin təmsilçiləri ilə görüşüb

14-12-2015, 11:25 | Oxunub: 10 181 |

Qənirə Paşayeva Suriya türkmənlərinin təmsilçiləri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Suriya Türkmənlərinin rəsmi təmsilçiləri ilə görüşüb. "EMTV.az" xəbər verir ki, onlar Suriyada türkmənlərin üzləşdiyi ciddi problemlər, vəziyyətin daha da pisləşməsi, çoxlu sayda türkmən soydaşlarımızın öz evindən köçkün düşməsi, öz həyatını itirməsi, beynəlxalq təşkilatların və ictimaiyyətin Suriya türkmənlərinin vəziyyətinə biganə münasibəti, bütün Türk dövlət və toplumlarından, diaspor təşkilatlarından daha çox dəstək gözləmələrindən danışıblar
. Millət vəkili Suriyada yaşayan türkmənlərin üzləşdiyi faciələr və onların ağır vəziyyətinin hamımızı ciddi narahat etdiyini deyib. Suriya türkmənlərinin vəziyyəti ilə bağlı bir neçə ay əvvəl Avropa Şurası Parlament Assambleyasında və son günlərdə bəzi beynəlxalq tədbirlərdə çıxış edərək, çağırış səsləndirdiyini deyən Q. Paşayeva beynəlxalq təşkilatları, BMT, ATƏT-i və beynəlxalq ictimaiyyətin Suriya türkmənlərinin vəziyyətinə və baş verənlərə biganə, laqeyd münasibətini kəskin qınayıb. O, bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı bu məsələdə daha da fəal rol oynayaraq Suriya türkmənlərinə ciddi dəstək istiqamətində addımları artırmalıdır. Suriya türkmənləri rəsmi təmsilçiləri millət vəkili Q. Paşayevaya bir aylıq əmək haqqını türkmənlərə bağışlaması və eyni zamanda rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnsttutu İB tərəfindən edilən dəstəklər üçün də təşəkkür ediblər. Bu bizim borcumuzdur deyən millət vəkili Q. Paşayeva bildirib ki, dünyanın harasında doğulub harasında yaşamasındam asılı olamayaraq hər bir Türk insanı imkanlarının çatdığı qədər acı və üzüntü içərisində yaşayan Suriya türkmənləri qardaş-bacılarımızın yanında olmalıdır. Görüş zamanı bir sıra vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR