18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsuliyyətə cəlb olunmalıdır" -Millət vəkili
"Abşeron rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də məsuliyyətə cəlb olunmalıdır."
Bu barədə aznews.az-a açıqlamasında Millət vəkili Tahir Kərimli deyib. Onun sözlərinə görə, bu hadisə hardasa nazirliyinin müvafiq strukturlarının boşluqlarının nəticəsində yaranıb: “Qoy onlara dərs olsun. Onlar sürücülərlə danışığa girib nəyinsə müqabilində güzəşt edirlər, özlərini görməməzliyə vururlar. Nəticədə sürücülər pul qazanmaq xatirinə 10 deyil, 15 sərnişin götürür. Bu məsələdə eyni zamanda marşurut xəttinə məsul olan şəxslər də məsuliyyətə cəlb olunmalıdır. Yol Hərəkəti Qaydaları haqqında qanuna dəyişiklik olunub. 15 nəfərdən artıq sərnişin götürən sürücülər üçün kateqoriya var. Onlar üçün ştaj və yaş məhdudiyyəti qoyulub. Araşdırılmalıdır ki, həmin avtobus sürücüsünun sükan arxasında oturmağa yaş səlahiyyəti imkan verir ya yox.”
Millət vəkili baş verən qəzada təkcə sürücünü günahkar saymır: “Çox ağrılı bir bir qəzadır. Mən buna təəssüf edirəm. Avtoqəza hadisəsi iki halda baş verir. Birincisi özünəgüvənmə, ikincisi ehtiyatsızlıq... Onlar 15 nəfərin yerinə 25 sərnişin daşıyırlar. Bunun özü isə ağır cinayət hadisəsidir. Yol hərəkət qaydalarının pozulması, lazım olduğundan artıq sərnişin daşınması xüsusi cəzalandırılmalı məsələlərdir.”
Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə 5 nəfər tələbə ölüb, 17 nəfər yaralanıb.
Emtv.az