18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
QƏNİRƏ PAŞAYEVADAN QARABAĞ ÇAĞIRIŞI...
Millət vəkili Qənirə Paşayeva Manisada fəal gənclər, qadın təşkilatları, QHT-ləri Qarabağ probleminə geniş diqqət ayırmağa çağırıb.
"EMTV.az" xəbər verir ki, Millət vəkili Qənirə Paşayeva Manisada fəal gənclər, qadın təşkilatları, QHT-ləri Qarabağ probleminə geniş diqqət ayırmağa çağırıb.
Görüş zamanı millət vəkili Q. Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, gənclər və qadın təşkilatları, QHT-ləri arasında da əlaqələrin getdikcə daha da genişlənməsinin məmnuniyyətverici olduğunu və bu məsələlərin vacibliyini qeyd edib. Bölgənin fəal gəncləri, qadınları, QHT-ləri ilə görüşdə Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, tarixi abidələrin erməni vandalizminə məruz qalması da barədə geniş söhbət açan Qənirə Paşayeva ölkələrimizin fəal gənclər, qadın təşkilatları, QHT-ləri arasında əməkdaşlığın artmasının vacibliyi ilə də bağlı geniş fikirlərini də bildirib və bu istiqamətdə fikir mübadiləsi aparılıb.
Millət vəkili Qənirə Paşayeva “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” seriyasından yaxın günlərdə çıxacaq yeni kitabında qədim Manisa ilə də bağlı geniş yazının öz əksini tapacağını və Azərbaycanlı oxuculara Manisa ilə bağlı daha geniş bilgilər veriləcəyini deyib. Millət vəkili Q. Paşayeva Manisanın fəal gənclərini, qadınlarını, QHT-lərini Azərbaycana səfərə dəvət edib.
Dəvəti məmnuniyyətlə qəbul edən gənclər, qadın təşkilarları, QHT münayəndələri Azərbaycana məmuniyyətlə səfər etmək istədiklərini deyiblər. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Manisanın fəal gənclərinə, xanımlarına, QHT-lərinə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, özünün müəllifi olduğu əsərləri, musiqi albomlarını da təqdim edib.
Millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu və həmmüəllifi olduğu və Türkiyə türkcəsində çapdan çıxmış “Karabağ hikayeleri” ,“Hocalı Soykırımı tanıkların dilinden” kitablarını da təqdim edib.