SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda mülki müdafiənin təşkilinə və əhalinin təhlükəsiz yaşayışına diqqət artırılır

2-03-2017, 13:13 | Oxunub: 11 433 |

Naxçıvanda mülki müdafiənin təşkilinə və əhalinin təhlükəsiz yaşayışına diqqət artırılır
Hər il mart ayının 1-i Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd edilir.
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə əhalinin təbii və texnogen fəlakətlərdən etibarlı mühafizəsi istiqamətində mühüm tədbirlər görülmüşdür. Bu sahədə zəruri qanunvericilik bazası yaradılmış, 1997-ci il iyunun 10-da “Yanğın təhlükəsizliyi haqqında”, həmin il dekabrın 30-da isə “Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkə­mizdə mülki müdafiə xidmətinin maddi-texniki bazası xeyli gücləndirilmiş, mütəxəssis hazırlığı günün tələbinə uyğun qurulmuşdur. 2005-ci il dekabrın 16-da ölkəmizdə Fövqəladə Hallar Nazirliyinin yaradılması ilə bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsinə başlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılması muxtar respublikada insanların həyatının, əmlakının baş verə biləcək təbii və texnogen fəlakətlərdən qorunması baxımından atılan mühüm addım oldu. Ötən illər ərzində böyük inkişaf yolu keçmiş Fövqəladə Hallar Nazirliyi və onun yerlərdəki strukturları üçün müasir inzibati binalar tikilib istifadəyə verilmiş, şəxsi heyətin sosial təminatının, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülmüşdür. Belə ki, 2012-ci ildə nazirliyin yeni inzibati binası istifadəyə verilmiş, binada müasir xidmət şəraiti, elektron nəzarət və idarəetmə sistemləri yaradılmışdır. Həmçinin 2008-ci ildə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Naxçıvan Şəhər Şöbəsinin inzibati binası, 2009-cu ildə Kəngərli, Şahbuz, Ordubad rayon şöbələri, 2013-cü ildə Şərur və Babək rayon şöbələri, 2014-cü ildə isə Sədərək rayon şöbəsi üçün yeni inzibati binalar və texniki qarajlar istifadəyə verilmiş, müasir iş şəraiti yaradılmışdır. Mülki Müdafiə Alayının təlim mərkəzində döyüş hazırlığı məşğələlərinin, təlim və məşqlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılmış, avtomobil və xüsusi təyinatlı nəqliyyat vasitələrinin saxlanması, istismarı və texniki xidmət göstərilməsi üçün müasir avtomobil parkı istifadəyə verilmişdir.
Muxtar respublika ərazisində ehtimal olunan fövqəladə hallara çevik reaksiyanın verilməsi və nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarının aparılması, zərərçəkmişlərə ilkin yardım və təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə 2009-cu ildə Xüsusi Riskli Xilas­etmə Xidməti yaradılmış və bu sahədə fəaliyyətin nümunəvi təşkili üçün zəruri addımlar atılmışdır. Nazirliyin mühüm fəaliyyət sahələrindən biri olan aviasiya manqasının fəaliyyətinin təmin olunması məqsədilə vertolyot alınıb gətirilmiş və Mülki Müdafiə Alayının təlim mərkəzində vertolyot meydançası tikilmişdir.
Muxtar respublika ərazisində baş vermiş təbii, texnogen hadisələrin statistikasının aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və “112” qaynar telefon xətti yaradılmışdır. Bundan başqa, muxtar respublikada tikinti sahəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin nəzdində mühəndis-geoloji, sement və beton laboratoriyası yaradılaraq ən müasir sınaq avadanlıqları və cihazları ilə təchiz edilmişdir.
Həyata keçirilən quruculuq tədbirləri çərçivəsində şəxsi heyətin yaşayış və mənzil-məişət şəraitinin yaxşılaşdırılması da daim diqqət mərkəzində saxlanılır. Belə ki, Naxçıvan şəhərində nazirliyin zabit-gizir ailələri üçün 48 mənzilli yaşayış binası tikilmiş və 2017-ci il yanvarın 11-də Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iştirakı ilə şəxsi heyətin istifadəsinə verilmişdir.
Fövqəladə hallar zamanı təxliyə olunan əhalinin və zərərçəkənlərin tələbatının ödənilməsi, yaşayışın və qidalanmanın normal təşkil edilməsi, habelə ehtimal olunan radio­aktiv, kimyəvi və bioloji zəhərlənmələr zamanı əhaliyə vaxtında fərdi mühafizə vasitələrinin paylanması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, Mülki Müdafiə Alayında mülki müdafiə səfərbərlik ehtiyat anbarı yaradılmış, Şərur, Sədərək, Ordubad və Culfa şəhərlərində yaşayış binalarının zirzəmiləri təmir edilərək fərdi mühafizə vasitələri anbarı kimi uyğunlaşdırılmış və əhalinin yaş kateqoriyasına uyğun mühafizə vasitələri tədarük olunaraq rayon fövqəladə hallar komissiyalarına təhvil verilmişdir. Muxtar respublika ərazisində radioaktiv, kimyəvi və bioloji çirklənmə şəraitində nazirliyin mülki müdafiə qüvvələrinin fəaliyyət göstərməsi üçün müasirtipli radiasiya axtarış və ölçü cihazları alınıb gətirilmiş, bu cihazlarla işləyən mütəxəssislər treninqlərdə iştirak edərək müvafiq sertifikatlar almışlar. Həmçinin muxtar respublikanın mülki müdafiə səfərbərlik anbarından Şərur və Sədərək rayonları üçün ayrılmış radiasiya və kimya kəşfiyyatı cihazları daşınaraq həmin rayonların səfərbərlik anbarlarında ehtiyata qoyulmuşdur.
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”nda əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar 10 ictimai yaşayış binasının zirzəmisi əsaslı təmir edilmiş, 201 yaşayış binasının zirzəmisi təmizlənərək yararlı hala salınmışdır. Həmçinin içməli su mənbələrində monitorinqlər keçirilərək sanitar-gigiyena norma və qaydalarına əməl edilməsinə nəzarət olunmuş, çay hövzələrində selə qarşı tikilən bəndlərin, suburaxıcı və selötürücü qurğuların vəziyyəti yoxlanılmış, irihəcmli su anbarlarında bəndlərin təhlükəsizliyinə və hidrotexniki qurğuların fəaliyyət rejiminə nəzarət edilmişdir.
Muxtar respublikanın səhiyyə müəssisələrində yaradılmış ixtisaslaşdırılmış tibbi yardım briqadalarının fövqəladə hallarda hazırlığına xüsusi diqqət yetirilərək onların şəxsi heyəti ilə mütəmadi olaraq taktiki-xüsusi məşğələlər və təlimlər keçirilmişdir.
Şəxsi heyətin peşəkarlığının artırılmasında mütəxəssis hazırlığı mühüm rol oynayır. Ötən il 2 zabit Rusiya Federasiyasının Mülki Müdafiə Akademiyasına təhsil almağa göndərilmiş, 2 zabit Rusiya Federasiyasının Həştərxan şəhərində “Xəzər – 2016” beynəlxalq kompleks təlimində, 2 zabit Qəbələ şəhərində dağ alpinizmi təlimində iştirak etmişdir. Bu istiqamətdə işlər 2017-ci ilin əvvəlində də davam etdirilmiş, fevralın 20-22-də Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyindən gələn ekspertlərin iştirakı ilə Xüsusi Riskli Xilasetmə Xidmətində “Qar uçqunları zamanı axtarış işlərinin aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilmiş və yeni alınmış axtarış xilasetmə cihazlarından istifadə qaydaları xilasedicilərə öyrədilmişdir.
Fövqəladə Hallar Nazirliyi bundan sonra da mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində səylə çalışacaq, muxtar respublikada mülki müdafiə işi müasir tələblər səviyyəsində qurulacaqdır.



Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR