SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

NAXÇIVANDA FÖVQƏLADƏ HALLARIN YARADILMASININ 10 İLLİYİ QEYD OLUNDU

1-01-2016, 16:01 | Oxunub: 10 641 |

NAXÇIVANDA FÖVQƏLADƏ HALLARIN YARADILMASININ 10 İLLİYİ QEYD OLUNDU
Dekabrın 30-da Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illiyi münasibətilə tədbir keçirilmişdir.

"EMTV.az"
-ın Naxçıvan mətbuat mərkəzindən verilən məlumata görə,Tədbirdən əvvəl nazirliyin əməkdaşları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoymuş, dahi şəxsiyyətin adını daşıyan muzeyi ziyarət etmişlər.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin akt zalında keçirilən tədbirdə fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi yaradılmışdır. Ötən dövrdə nazirliyin infrastrukturunun inkişafı, maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, habelə baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması diqqət mərkəzində saxlanılmış, əhalinin və ərazilərin təbii və texnogen xarakterli qəzalardan qorunması sahəsində mühüm tədbirlər həyata keçirilmişdir.
Vurğulanmışdır ki, ötən 10 il ərzində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları öz peşəkarlıqlarını dəfələrlə sübut etmiş, muxtar respublika ərazisində baş vermiş fövqəladə hadisələrin nəticələrinin operativ şəkildə aradan qaldırılması üçün Mülki Müdafiə Alayının və Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşlarının 116 dəfə çıxışı olmuşdur.
Sonda nazirliyin bir qrup əməkdaşı fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR