SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

MUXTAR RESPUBLİKADA FÖVQƏLADƏ HALLARA HAZIRLIQ DİQQƏT MƏRKƏZİNDƏDİR

30-12-2015, 12:41 | Oxunub: 16 961 |

MUXTAR RESPUBLİKADA FÖVQƏLADƏ HALLARA HAZIRLIQ DİQQƏT MƏRKƏZİNDƏDİR

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi yaradılmışdır.

"EMTV.az"
-a Naxçıvan mətbuat mərkəzindən verilən xəbərə görə Nazirlik ötən dövrdə inkişaf edərək maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, qarşıya qoyulmuş vəzifələri peşəkarlıqla yerinə yetirən şəxsi heyət formalaşmışdır. Bu gün muxtar respublikada mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində və tikintidə insanların təhlükəsizliyinin, eləcə də sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin təmin olunması sahələrində məqsədyönlü tədbirlər həyata keçirilir. Nazirliyin əməkdaşları fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında fədakarlıq nümayiş etdirirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Fövqəladə Hallar Nazirliyi öz fəaliyyətini fövqəladə hadisələrin qarşısının alınması, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində qurur. Ölkəmizdə, eləcə də muxtar respublikamızda nazirliyin fəaliyyəti tam təmin olunmuş, struktur qurumları üçün müasir iş və xidmət şəraiti yaradılmışdır. İnsanların həyatının, dövlət əmlakının, fərdi təsərrüfatların və sahibkarlıq subyektlərinin baş verə biləcək hadisələrdən qorunması nazirliyin və onun müvafiq qurumlarının qarşısında duran başlıca vəzifələrdir”.

Ötən dövrdə nazirliyin müvafiq struktur qurumları üçün müasir iş və xidmət şəraiti yaradılmışdır. Belə ki, 2007-ci ildə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binası və texniki qarajları yenidən qurularaq istifadəyə verilmiş, 2009-cu ildə Kəngərli, Şahbuz, Ordubad Rayon şöbələrinin, 2013-cü ildə Şərur və Babək Rayon şöbələrinin, 2014-cü ildə isə Sədərək Rayon Şöbəsinin inzibati binaları və texniki qarajları tikilərək istifadəyə verilmişdir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə nazirliyin inzibati binasının açılışı olmuşdur. Ötən dövrdə mülki müdafiə alayının maddi-tədris bazasının təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılmış, bu məqsədlə təlim mərkəzi istifadəyə verilmişdir. Həyata keçirilən quruculuq tədbirləri çərçivəsində şəxsi heyətin yaşayış və mənzil şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmış, Naxçıvan şəhərində zabit-gizir ailə­ləri üçün 48 mənzilli yaşayış binası tikilmişdir. Həmçinin bu günə kimi Mülki Müdafiə Alayına 36 müxtəlif təyinatlı, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumlarına 25 müasirtipli yanğınsöndürmə avtomobili və 14 müxtəlif təyinatlı nəqliyyat vasitəsi verilmişdir. 2010-cu ildə isə vertolyot gətirilmiş, Mülki Müdafiə Alayında və Batabat qoruğu ərazisində uçuş-enmə meydançaları hazırlanmışdır.
Nazirliyin mərkəzi aparatı və struktur qurumlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi və peşəkarlığının artırılması istiqamətində də mühüm tədbirlər görülmüşdür. Bu dövrdə 325 əməkdaş xidmətə qəbul edilmiş, 112 nəfər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, Bakı Yanğın-Texniki Kollecinə, Ukrayna Respublikasının Xarkov şəhərindəki və Belarus Respublikasının Minsk şəhərindəki akademiyalara təhsil almağa göndərilmişdir. Onlardan 93-ü təhsillərini başa vuraraq ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunmuşdur. Hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 10 mülki vətəndaş və Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Akademiyasında 1 zabit təhsilini davam etdirir. Keçirilən təlim və məşğələlər də peşə vərdişlərinin yüksəldilməsində əhəmiyyətli rol oynayır. Ötən dövrdə şəxsi heyətin iştirakı ilə komanda-qərargah, taktiki-xüsusi təlimlər, yanğın təhlükəsizliyi şöbələrinin hər birində xidmətin təşkili üzrə gecə və gündüz məşğələləri keçirilmişdir.
Bu gün Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən tikinti materiallarının dövlət standartlarının tələblərinə cavab verməsinin yoxlanılması və həmin sahə üzrə dövlət nəzarətinin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Bundan başqa, əhalinin ehtimal olunan radioaktiv, kimyəvi zəhərlənmələrdən mühafizəsinin təşkilində operativliyi təmin etmək məqsədilə müvafiq tədbirlər görülmüş, bu sahədə maddi-texniki baza gücləndirilmişdir. Həmçinin muxtar respublikada taxılın saxlanma şəraiti, yanğın və texniki təhlükəsizlik məsələləri mütəmadi olaraq yoxlanılır. Ötən dövrdə əhalinin və işçilərin fövqəladə hallara hazırlığının təmin edilməsi məqsədilə mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarə orqanlarında və təsərrüfat obyektlərində mülki müdafiə təlimləri, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında 13 min 802 nəfərin iştirakı ilə 212 müxtəlif səpkili konfrans və digər maarifləndirici tədbir keçirilmiş, kütləvi informasiya vasitələrində məlumatlar təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti bundan sonra da fəaliyyətini müasir dövrün tələbləri səviyyəsində quracaq, əhalinin və ərazilərin təhlükəsizliyi naminə təxirəsalınmaz tədbirləri layiqincə yerinə yetirəcəkdir.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR