18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Naxçıvanda xilasedicilər qar uçqunlarında axtarış-xilasetmə təlimlərinə cəlb olunub
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları üçün 3 günlük təlimlərə başlanılıb.
Emtv.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq çərçivəsində keçirilən təlimlərdə məqsəd qar uçqunlarında axtarış-xilasetmə tədbirləri barədə şəxsi heyətin peşəkarlığını artırmaqdır.
Nəzəri və praktiki məşğələlərdən ibarət təlimlərə nazirliyin 12 xilasedicisi cəlb olunub. Məşğələlərdə şəxsi heyətə qar uçqunu altında qalanların axtarışı və xilas edilməsi zamanı xüsusi vasitələrin tətbiqi, ekstremal şəraitdə davranış, səmti müəyyən etmə qaydaları haqqında ətraflı məlumatlar verilir. Məşğələlərdə, həmçinin qar uçqunları altında qalanların axtarışı zamanı istifadə olunan müasir cihazlar, onlardan istifadə qaydaları xilasedicilərin diqqətinə çatdırılır. Praktiki olaraq həmin avadanlıqlar vasitəsilə axtarışlar aparılır.
Qeyd edək ki, nazirliyin 2 əməkdaşı bu ilin fevralın 12-dən 19-dək Qəbələ rayonunda qar uçqunlarında axtarış-xilasetmə, həmçinin xizəksürmə hazırlığı üzrə keçirilən təlim kurslarında iştirak edərək sertifikatlar alıb. Bu gün həmin kurslarda iştirak edən əməkdaşlara qar uçqunlarında axtarış-xilasetmə avadanlıqları da təqdim olunub.
Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin Alpinizm İdarəsinin rəisi Hans Ebner bildirib ki, onlar burada qar uçqunlarında xilasetmənin vəziyyəti ilə yaxından tanış olublar: “Əvvəlcə vurğulamaq istəyirəm ki, buradakı avadanlıqlar bizim çox xoşumuza gəldi, müasir avadanlıqlardır. Düşünürəm ki, biz qar uçqunlarından xilasetmə ilə bağlı xilasedicilərə öz təcrübələrimizi bölüşə bilərik. Avstriya elə bir ölkədir ki, orada qış turizmi geniş inkişaf edib və qar uçqunları da tez-tez baş verir, hər il 100-200 turist qar uçqunu altında qalır. Biz Alpinizm İdarəsi olaraq əlimizdən gələni edirik ki, bu uçqunlardan turistləri sağ çıxaraq”.
Naxçıvan Muxtar Respublikası ilə tanışlıq zamanı buranın da qış turizm imkanlarının geniş olduğunu qeyd edən Hans Ebner bildirib ki, keçirilən təlimlər turistlərin təhlükəsizliyi üçün böyük rol oynayacaq.
Emtv.az