SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Tam devalvasiya manatı tam batırdı: dollar yenə bahalaşır, - Şok proqnoz

13-01-2017, 14:36 | Oxunub: 10 269 |

Tam devalvasiya manatı tam batırdı: dollar yenə bahalaşır, - Şok proqnoz

Mərkəzi Bank artıq 4 faizlik marjı ləğv edib və bu qərarın nə zaman qüvvəyə minməsi ilə bağlı banklara ayrıca rəsmi məktub göndəriləcək. Bu isə o deməkdir ki, liberal məzənnəyə keçid çox qısa zamanda reallaşacaq.
Mümkündür ki, növbəti hərraclarda artıq liberal məzənnə prinsipinə uyğun proseduralar tətbiq edilsin. Bu halda isə manatın dollara nisbətən məzənnəsinin azalacağı gözlənilir.


Bu barədə yerli mətbuat məlumat yayıb. Hətta Neft Fondunun baş banka bu ilki 7.5 milyard manatlıq transferlərinə baxmayaraq manatın dəyər itirməsinin qarşısını almaq mümkün olmayacaq.

Liberal məzənnənin bu ilin yaz aylarında tətbiq olunması güman edilirdi. Amma belə görsənir ki, bu daha tez baş verə bilər. Amma Mərkəzi Bankın qısa zamanda liberal məzənnəyə keçidi heç də arzuolunan deyil.

Təəssüf ki, ötən 2 il yarım müddətdə milli valyutamız liberal məzənnə rejiminə hazırlaşdırılmadı. Liberal məzənnəyə keçid yaxın zamanlarda baş verərsə o zaman dolların yenidən bahalaşmasını müşahidə edəcəyik.

Neft Fondundan Mərkəzi Banka 7,5 mlrd. manatlıq transfert məcburi addımdır, hökumətin əlində çox az sayda alət var ki, valyuta məzənnəsinə təsir göstərə bilsin.

Çünki acı bir reallıq var - ölkənin il ərzində valyutaya olan təlabatı, təqribən, 11-12 mlrd. dollardır, amma Neft Fondunun 2017-ci ildə büdcə və büdcədən kənar layihələrin maliyyələşdirməsinə 4,1 mlrd. dollar satmaq icazəsi var idi.

Dollar rektor bahalaşıb. Azərbaycan manatının yanvarın 13-nə olan məzənnəsi açıqlanıb.

Mərkəzi Bankın məlumatına görə, 13.01.2017-ci il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7867 səviyyəsində müəyyən olunub. Yanvarın 12-də USD/AZN rəsmi məzənnəsi 1,7742 manat təşkil edib.

Çoxsaylı valyuta satan oyunçular olmasa, ölkə ciddi həcmdə valyuta qazana bilməsə, belə vəziyyət ucuz zaman davam edəcək. Bu amili nəzərə alaraq atılan addımı anlamaq mümkündür, amma atılan addım müvəqəti effektə hesablanıb.

Bir müddət valyuta bazarında sabitlik yarada biləcək, rəsmi məzənnənin 2 manatın üzərinə çıxmağa imkan verməyəcək.

Amma bunun üçün banklarda dolların sərbəst satışı, ölkədən valyuta köçürmələrinin sərbəstliyi bərpa olunmalıdır, yoxsa bu addımın effekti zəif olacaq.

2016-cı ildə hökm sürən valyuta qıtlığı istər turizm üçün, istərsə də digər biznes sahələri üçün ağır zərbə oldu. Əlavə olaraq, valyuta qıtlığı manata təzyiqi artırır, milli valyutaya etimadı sarsıdır.

Bu baxımdan qısamüddətli dövrdə Mərkəzi Bankın Neft Fondundan 4 mlrd. dollardan çox dəstək alması hazırda çıxılmazlıqdan doğan mümkün variantlardan biridir.

Belə görünür ki, hökumət manatın indki səviyyədən daha artıq ucuzlaşmasını istər siyasi, istərsə də sosial və iqtisadi baxımdan təhlükə olduğu qənaətindədir.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR