SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“Ya kəskin devalvasiya, ya ”qara bazar"a davam"...

30-12-2016, 15:04 | Oxunub: 9 979 |

“Ya kəskin devalvasiya, ya ”qara bazar"a davam"...
Ekspertlər gələn il manatın və hökumətin qərarının necə olacağını açıqlayırlar

Dekabrın 29-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti və 2016-cı il üçün sonuncu ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,7662 məzənnəsi ilə başlayıb və 1,7707 məzənnəsi ilə yekunlaşıb. “Qara bazar”da isə 1 dollar artıq 1,94 manata qalxıb. Ekspertlər gələn ilin əvvəlində manatın özünü necə aparacağından narahatdırlar. Əksər proqnozlar mənfidir.

Bildirilir ki, manat 2017-ci il başlayan kimi kəskin şəkildə ucuzlaşa bilər. Həmçinin 2016-cı ildə manatın nisbətən sabit saxlanma cəhdlərinin uğursuz olması gələn illə bağlı da neqativ proqnozlar yaradır. Bildirilir ki, 2017-ci ildə kəskin devalvasiyanın olması ehtimalı daha çoxdur. Bu il ərzində isə manat kəskin devalvasiyaya uğramasa da, ciddi şəkildə dəyər itirib. Ekspertlər bildirirlər ki, gələn il manatın durumu ölkə iqtisadiyyatını və bank sistemini çoxsaylı problemlər qarşısında qoyacaq.

Ekspert Qubad İbadoğlu məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, gələn ilin əvvəlində, yəni il başlayan kimi manat tam sərbəst buraxılmayacaq: “Düşünmürəm ki, Azərbaycan hökuməti buna hazırdır və qərar verəcək. Çünki Yol xəritəsində də qeyd olunub ki, 2017-ci il ərzində manat tam üzən məzənnəyə keçəcək. Ona görə mənim bir gözləntim yoxdur ki, yanvarın 1-dən Azərbaycan vətəndaşları üçün sürpriz yaransın. Düşünürəm ki, keçid gələn ilin birinci rübündəki iqtisadi vəziyyətdən asılı olacaq. Həm xarici ticarətin saldosu əhəmiyyətli rol oynaya bilər. Həm də belə qərarın qəbulunda dövlət büdcəsinə vergi yığımları böyük rol oynaya bilər. Hər iki məsələdə əgər hökumət qarşısına qoyduğu vəzifələrə nail ola bilərsə, düşünürəm ki, ondan sonra müvafiq qərar qəbul edilməsinə razılıq verə bilər.

Çünki bu, siyasi qərardır. İqtisadi proseslərdə əhəmiyyətli rol oynasa da, siyasi qərardır. Amma bu qərarın qəbulunda siyasi mövqe, eyni zamanda siyasi iradə əhəmiyyətli rol oynayır. Gözləntilərim ondan ibarətdir ki, yumşaq devalvasiya gələn ilin əvvəlində də davam edə bilər. Amma əgər hökumət tam üzən məzənnəyə keçiddə israrlı olarsa, dediyim səbəblərdən iqtisadiyyatda da pozitiv nəticələr əldə edə bilərsə, həm xarici ticarətdə, xüsusən ixracatda artım gəlişmə qeydə alınarsa, dövlət büdcəsinin mədaxil hissəsinin təminatı sahəsində proqnozlara tam əməl olunarsa, ola bilər, bu dövr həm də hazırlıq dövrü olsun.

Söhbət gələn ilin birinci rübündən gedir. Həmin o hazırlıq dövründə hesablamalar göstərsə ki, tam üzən məzənnədə tarazlaşacaq kursla təyin olunan məzənnə arasında fərq yaranır, hökumət ola bilsin həm də kəskin devalvasiyaya getsin. Bu, üçüncü devalvasiya olacaq. Kəskin devalvasiya ona görə lazım olacaq ki, hökumət kəskin devalvasiya tam üzən məzənnəyə keçid kursu ilə tam üzən məzənnənin tarazlaşdırılmış kursu arasındakı fərqi azaltsın. Tutaq ki, 1,77-dən tam üzən məzənnəyə keçid qərarı verilir və real məzənnə arasında kəskin fərq yaransın. Bir də var ki, hökumət yenə devalvasiyaya getsin və bunun nəticəsində tam üzən məzənnənin tarazlaşacağı kursla cari kurs arasındakı fərqi azaldır. Bu iki ssenaridən biri ola bilər”.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR