17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Sərt pul siyasəti iş yerlərini bağlayır, dolları 2 manat 50 qəpiyə çatdırır
Azərbaycan 2008-2009-cu illərdə maliyyə böhranını belə ağrılı keçirməmişdi; O dönəmdə neftin dünya bazarındakı qiyməti və ölkədə iqtisadi inkişaf tempinin sabitliyi böhranın zərbələrini daha az hiss etdirdi...
Emtv.az yerli mətbuata istinadən yaydığı məlumata görə, indi xalq 8 il qabaqkı böhranın arzusundadır.
Amma dünya bazarında neftin ucuzlaşması, məmur təbəqəsinin bu illər ərzində dövlət büdcəsini və neft gəlirlərini talaması, qeyri-neft sektorunun inkişafına ayrılan vəsaitlərin mənimsənilməsi, xalqa neftdən yalnız qəpik-quruşun çatması və bu pulların da məmurların himayəsindəki banklar, tikinti şirkətləri vasitəsi ilə kredit şəklində əlindən alınması indi ölkədə dəhşətli iqtisadi fəlakət yaradıb.
Halbuki, dövlət başçısı həm regionların, həm turizmin, həm daxili istehsalatın güclənməsi, neftdən asılılığın azaldılması, monopoliyanın və idxalın zəiflədilməsi üçün lazım olan şəraiti yaratmışdı.
Amma bir qrup talançı və korrupsioner məmurların iştahı, tamahı imkan vermədi ki, Azərbaycanda şəffaf iqtisadi idarəçilik yaransın, dövlət və xalq fayda görsün.
Bu pullar ayrı-ayrı ciblərə axdı. İndi də böhranlı vəziyyətdir və yenə də xalqın cibindən çıxarmaqla büdcəni doldurmaq yolu seçilib.
Tam üzən məzənnəyə keçid zamanı manat daha da uzuclaşacaq. Manat dollara nisbətdə 2,2-2,5 manatadək qalxacaq.
Bunu iqtisadçı ekspert Vüqar Bayramov da təsdiqləyib. Onun sözlərinə görə, zərbaycan hökuməti tam üzən məzənnəyə keçidlə bağlı prosesdə ən azı iki il gecikib.
“Mərkəzi Bank tam üzən məzənnəyə keçsəydi, maliyyə bazarlarında baş verə biləcək hər hansı mənfi tendensiyaların qarşısını almaq üçün yetərincə maliyyə rıçaqlarına malik idi. Yəni, politika.az daha sonra bildirir ki, iki il öncə Mərkəzi Bankın valyuta ehtiyatı 16 mlrd dollar civarında idi.
Amma indi bu ehtiyat 4 mlrd dollar həcmindədir. Mərkəzi Bank iki ilə valyuta ehtiyatının 75 faizini itirib. Mərkəzi Bank keçən müddətdə bazarda manat kütləsini azaltmaqla, real sektora qoyulan investisiyanı azaltmış oldu.
Bu da nəticədə iş yerlərinin bağlanmasına gətirib çıxardı. Məhz Mərkəzi Bankın bu siyasəti manatın möhkəmlənməsinə deyil, əksin, dolların bahalaşmasına gətirib çıxardı”– deyə, V. Bayramov vurğulayıb.
Ekspert bildirib ki, Mərkəzi Bankın bu müddət ərzində həyata keçridiyi pul-kredit siyasəti manatın bazarda real qiymətinin tapmamasına, daha da ucuzlaşmasına və real sektorun inkişafının qarşısını almağa gətirib çıxarıb
Ancaq hökumət tam üzən məzənnəyə keçidlə bağlı kompleks tərdbirlər planını həyata keçirməlidir. Əgər kompleks tədbirlər planı həyata keçirilməsə, liberal məzənnəyə keçid mənfi təsirlərlə müşahidə olunacaq. Ona görə də elə etmək lazımdır ki, vətəndaş bundan əziyyət çəkməsin.
Postneft dövründə sərt pul-kredit siyasətinin yürüdülməsi yolverilməz haldır. Əgər hökumət bundan sonra da sərt pul-kredit siyasətini davam etdirməklə tam üzən məzənnəyə keçəcəksə, biz bunun yaxşı olmayan nəticələrini müşahidə etməklə yanaşı, daha çox iş yerlərinin bağlanmasının şahidi olacağıq.
Emtv.az