17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Dollar 1 manat 70 qəpiyə kimi bahalaşacaq
"1 dollar 1.60-1.70 manata kimi bahalaşa bilər”.
Bunu mətbuata açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, hələlik orta və yaxın müddətli dövrdə manatın məzənnəsində sadəcə ucuzlaşma baş verəcək:"Mərkəzi Bankın üzən məzənnə siyasətinə keçməsi o deməkdir ki, növbəti dövrlərdə manatın məzənnəsinin müəyyənləşdirilməsi bazarlarda təlabat əsasında formalaşacaq. Düşünmürəm ki, bazarlarda manat həddən artıq çoxdur. Təbii ki, ilkin panika vəziyyətində mümkündür ki, müəyyən qədər, yəni kəskin rəqəmlərlə ifadə olunan devalvasiya müşahidə olunsun”.
Ekspert hesab edir ki, sonrakı dövrlərdə manatın məzənnəsində nisbətən möhkəmlənmə baş verəcək:"Çünki bazarlarda manatın həcmi kifayət qədər azdır. Böyük ehtimalla məzənnə sonradan 1.35-1.40 aralarda sabitləşəcək. Sonrakı uzun müddətli dövrlərdə isə neftin qiymətindən asılı olaraq, manatın məzənnəsində möhkəmlənmə və ucuzlaşma prosesi də baş verə bilər. Nəzərə alsaq ki, son hadisələr neftin qiyməti ilə bağlı heç də müsbət proqnozlar verməyə əsas vermir, o zaman deyə bilərik ki, yaxın və orta dövrlərdə manat ancaq ucuzlaşacaq. Dollar hətta 1.60-1.70 manata kimi qalxa bilər”.
Qeyd edək ki, bu gün Azərbaycanda ikinci devalvasiya olub. Bugünkü məzənnəyə əsasən, 1 dollar 1,5500 manat təşkil edir.