SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Üzən manat hansı "limanda" lövbər salacaq?

10-01-2017, 11:47 | Oxunub: 8 089 |

Üzən manat hansı "limanda" lövbər salacaq?
Ekspertlər cari il ərzində milli valyutamızın dollar qarşısında daha 40 faizədək ucuzlaşacağı ehtimalı üzərində dayanırlar

Tam üzən məzənnə siyasətinə keçidə qərar verildikdən sonra cəmiyyəti bir sual düşündürür: Azərbaycanın milli valyutası öz bazar dəyərini tapmaq üçün hansı həddədək ucuzlaşa bilər? Həmçinin, "Hansı gəlirlər hesabına manatın kursunu sabit saxlamaq mümkündür" sualı da aktuallığını saxlayır. Məsələni Sputnik-ə şərh edən iqtisadçı-ekspert Zaur Əhmədovun sözlərinə görə, indiki vəziyyətdə manatın dollara nisbətdə real dəyərini tapması üçün bir qədər də ucuzlaşacağı labüddür: "Sərt valyuta nəzarəti siyasəti bazar iqtisadiyyatı üçün xarakterik olmasa da, hazırda iqtisadiyyatımız, məhz bu siyasətlə idarə olunur. İdxal əməliyyatları minimuma qədər azaldılıb".

Hazırda ölkədə sərt valyuta nəzarəti həyata keçirilir və ölkədən valyutanın kənara axınının qarşısı maksimal səviyyədə alınıb. Bütün bu məhdudiyyətlər çərçivəsində, əgər manatın indiki məzənnəsi 1.77 səviyyəsində müəyyən edilibsə, azad alqı-satqı əməliyyatları zamanı 1 dolların 2 manatdan az olmayacağı qaçılmazdır. Perspektivdə isə məzənnənin 2.30-a qədər qalxması mümkündür" — ekspert bildirib.

Bununla belə, Z. Əhmədov hökumətin manatı tam üzən məzənnəyə buraxmadan da indiki vəziyyəti idarə edə biləcəyini düşünür: "Çünki, manat üçün ən çətin dövr mart ayının ortalarına qədərdir. Mart ayının sonlarında müəssisələr illik vergi borcları üzrə son dəqiqləşdirmələr apararaq borclarını ödəməlidir. Yəni, kommersiya strukturları dollarda olan rezervlərini manata çevirərək büdcəyə ödənişləri həyata keçirmək məcburiyyətində qalacaq. Bu da manata tələbi artıracaq. Eyni zamanda, mart ayında bayram tətillərinin olması əhalinin də xarici valyutada saxlamış olduğu vəsaiti ortaya çıxarmasına səbəb olacaq".

İqtisadçının sözlərinə görə, bu ildən turizm sahəsində işlərə daha çox önəm verilə bilər və ölkəyə daha çox turistlərin gətirilməsi istiqamətində siyasət yürüdülə bilər: "Qonşu Gürcüstan ötən il 5,5 milyondan çox turistin cəlb edilməsinə məhz düzgün turizm siyasəti və ədalətli xidmət qiymətləri ilə nail ola bilib. Düzgün yürüdülən turizm siyasəti hazırkı gücü ilə ölkəyə ən azı 5 milyard dollar vəsait qazandıra bilər".

Əhmədov onu da əlavə edib ki, Rusiya rublunun sabitlik tapması və öz dəyərini bütün xarici valyutalara nisbətdə artıra bilməsi və ümumilikdə Rusiya iqtisadiyyatının böhrandan çıxması qonşu ölkədə çalışan vətəndaşlarımız tərəfindən ölkəyə gətirilən pulun miqdarına təsir edəcək: "Amma biz Rusiya ilə münasibətlərdə daha çox kənd təsərrüfatı potensialımıza güvənməliyik. Çünki hər il Rusiyaya göndərə biləcəyimiz kənd təsərrüfatı məhsullarından, əsasən təzə meyvə-tərəvəz olmaqla, 2-3 milyard dollar vəsait əldə edə bilərik".

Son olaraq, Z. Əhmədov hesab edir ki, indiki vəziyyətdə manat tam üzən məzənnəyə buraxılacaqsa, iqtisadiyyatımızın istehsal həlqələrinin zəif olması səbəbindən, həm əhali, həm biznes strukturları, həm də dövlətin gəlirləri üçün arzuolunmaz nəticələr ortaya çıxa bilər: "Bu gün manatın məzənnəsinin möhkəmlənməsi üçün vaxtaşırı dövlətin bazara valyuta buraxaraq, iqtisadiyyatın inkişafı istiqamətində təxirəsalınmaz işlər görməsi daha məqsədəuyğundur".

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə hazırda Mərkəzi Bankın təyin etdiyi rəsmi məzənnənin əhəmiyyətini itirdiyi qənaətindədir. "Manatın bazar dəyəri artıq 1.90-nı keçib. Onsuz da Mərkəzi Bank banklara kifayət qədər dollar satmır. Öz növbəsində banklar da əhaliyə, sahibkarlara dollar satmır. Çünki, rəsmi məzənnə ilə satmaq onlara sərf etmir. Ona görə də bütün dollar "qara bazar"a axıb gedir" — o, Sputnik-ə açıqlamasında bildirib.

Ekspertin fikrincə, əgər bir əmtəənin qiymətini hansısa dövlət qurumu məcburi qaydada tənzimləyirsə, həmin malın əsl dəyərini "qara bazar" müəyyən edir: "Yəni, buna görə manatın bazar dəyəri artıq 1.90-nı keçib. Yaxın aylarda dolların bazar dəyərinin 2 manatı keçməsi baş verəcək. Bu il ərzində dolların bazar dəyərinin 2 manatı yox, 3 manatı keçmə ehtimalı da var. Ümid edirəm ki, bu həddə gedib çatmaz. Amma aydındır ki, ilin sonunadək dolların bazar dəyəri, haradasa 2.5 manata çatacaq".

"Ötən ilin nəticəsindən gördük ki, ölkənin tədiyyə balansı kəsirlə çıxıb. Bu il də Azərbaycanın tədiyyə balansı kəsirlə çıxacaq. Çünki, Azərbaycanın dollar gəlirləri azalıb. Hətta neftin qiymətinin də cüzi artması vəziyyəti dəyişmir. Böyük ehtimalla, bu il neftin qiymətinin ciddi şəkildə artacağı gözlənilmir. Hətta ola bilər ki, qiymətlər düşsün. Qiymətdən əlavə, bizdə neft hasilatının həcmi də düşür. Buna görə də qiymət vəziyyəti ciddi şəkildə dəyişmir" — Ə. Həsənov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bu il ərzində dünya bazarına əlavə hansısa məhsullar çıxarmaq imkanı yoxdur: "Hətta 6 dekabrda dövlət başçısının fərmanı ilə təsdiq edilmiş iqtisadiyyatımızın strateji yol xəritələri də göstərir ki, ölkədə dəyişikliklər ən tezi 2020-ci ildə baş verəcək və əgər yol xəritəsində deyilənlər icra edilsə, ölkə nəsə əldə edəcək. Ona görə də 2017-ci ildə də Azərbaycan birmənalı olaraq, yalnız neft və qazdan asılı olacaq. Bütün bunlara əsasən deyə bilərik ki, bu il də milli valyutamız üçün çox ağır keçəcək".
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR