17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Reket mollalara qarşı həbslər reallaşmalıdırmı? - ÖZƏL
Araz Əlizadə: “Qanun reketçilik faliyyətini qadağan edir”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda reket mollaların mövcudluğu ilə bağlı maraqlı fikirlər səsləndirib.
Maraqlıdır, eyniylə reket junalistlərə qarşı olduğu kimi, reket mollalara qarşı da həbslər həyata kçeirilməlidirmi? Onlara qarşı kimlər necə mübarizə aparmalıdır?
Millət vəkili Araz Əlizadə politika.az-a açıqlamasında bu problemlə əlaqədar qurumların mübarizə aparmalı olduğunu vurğuladı:
“Hesab edirəm ki, belə bir problem varsa, buna qarşı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları mübarizə aparmalıdır. Çünki bu cür halların aşkar edilməsi və aradan qaldırılması sözgüedən qurumların işidir. Bu baxımdan məlum problemə qarşı mübarizə də bu qurumlar tərəfindən həyata keçirilməlidir. Çünki qanun hansı sahə və sferada təzahür etməsindən asılı olmayaraq reketçilik fəaliyyətini qadağan edir”.
Emtv.az