SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Vəhhabilərə qarşı yeni dalğa:Son əməliyyatların kodu açıldı - ÖZƏL

29-11-2016, 14:38 | Oxunub: 11 362 |

Vəhhabilərə qarşı yeni dalğa:Son əməliyyatların kodu açıldı - ÖZƏL

Ölkədə vəhhabilərə qarşı mübarizənin yeni mərhələsi başlanıb

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Gəncə və Xaçmazın ardınca Zaqatalada əməliyyat keçirilib.

Eyni zamanda isə Şeyxin müavini ekstremizmdən danışıb və məscidlərdə beyinyuma təbliğatının getdiyini vurğulayıb.

Bu hadisələrin üst-üstə düşməsində bir zəncirvari bağlılıq olması istisna edilmir. Dövlət qurumları ilə güc strukturları birgə dini radikallığa qarşı savaş aparmaqdadır.

Azərbaycanda 2100 məscid var və onlardan 600-ə yaxınına Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən axund və imam təyin ounub.

Bu barədə QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli məlumat verib.

Onun sözlərinə görə, digər 1500 məscid isə imam və axundsuz fəaliyyət göstərir: "Bu da digər təriqətlərin nümayəndələrinin boş qalan məscidlərdən istifadə etmələrinə və dağıdıcı təbliğatla məşğul olmalarına gətirib çıxarır. Onlar insanların beynini cihad fikirləri ilə doldururlar".

S.Həsənli bildirib ki, BİU-nun tələbələrinin 46-47 faizi qızlar olduğundan onları imam və axund göndərə bilmirlər. Paralel olaraq Zaqatala rayonunda dini yığıncaq aşkarlanıb.

Azərbaycanda iki radikal təriqət - FƏTÖ və İŞİD təhlükəsinin mövcud olduğu sirr deyil. Ölkəmizdə inkişafı və sabitliyi, əmin-amanlığı gözü götürməyən qüvvələr dövləti zaman-zaman təhdid etməyə cəhd göstəriblər.

Lakin bu cəhdlər hər dəfə iflasa uğrayıb və hüquq-mühafizə orqanlarının peşəkarlığı, operativliyi nəticəsində həmin məkrli qüvvələr ifşa olunub. Bu da Azərbaycanın güc strukturlarının yüksək səviyyədə göstərdiyi fəaliyyətin və ayıq-sayıqlığının nəticəsidir.

Zaqatala RPŞ və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində politika.az bildirir ki, noyabrın 26-da Zaqatala rayonunun Əliabad qəsəbəsində qəsəbə sakini Həmid Şabanovun həyətində olan tikilidə həmyerlisi Mehman Ağammədovun Qazaxıstan vətəndaşı Təranə Şabanova və Gürcüstan vətəndaşı Ağası Süleymanovla birlikdə qanunla qadağan olunmuş dini təriqətlərdən birini yaymaq məqsədi ilə 23 nəfər qəsəbə sakininin iştirakı ilə qanunsuz dini yığıncaq təşkil etmələri müəyyən edilib.

Onlar saxlanılıb, izahatları alınaraq buraxılıblar. Baxış zamanı oradan 16 ədəd dini təyinatlı ədəbiyyat aşkar edilərək götürülüb, ekspertiza edilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR